22 Oktyabr 2017, Bazar - 22:59

Bəhreyn-2017: Birinci sərbəst yürüşlər

Bəhreyn-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

16:37 - 14 Aprel, 2017

Bəhreyndə olduqca isti hava şəraitində baş tutan məşqlərin ilk sessiyası sazlanmalar üzərində işləmək üçün ideal deyil. Həm də səhər Formula2 sürücülərin trasda işləməsinə baxmayaraq, asfaltın üzərində çox qum olub.

F-1.az bildirir ki, sürücülər bir dövrə vurduqdan sonra boksa qayıdıblar və yalnız 20 dəqiqədən sonra işləməyə başlayıblar. Sauber-də əvvəlki iki yarışı buraxmalı olan Paskal Verlyayn sükan arxasına qayıdıb. Onun üçün mümkün qədər çox məsafə qət etmək vacib olmasına baxmayaraq, o da trasa çıxmağa tələsməyib.

Komandaların əsas proqramını aerodinamik elementlərin effektivliyinin qiymətləndirilməsi təşkil edib. Şanxay yarışından cəmi bir həftə keçməsinə baxmayaraq, komandalar Saxirə çoxsaylı yeniliklər gətiriblər. Ferrari komandası SF70-in ilk iki yarışdan daha çoxsaylı elementlərdən ibarət yeni ön qanadını test edib. Red Bull və Force İndia komandaları da aerodinamik boya ilə işləyiblər.

Bir çox sürücü böyük ehtimalla yarışda istifadə edilməyəcək Medium təkərlərlə işləyib. Onlardan bəziləri isə asfaltla ilişmənin olmamasından şikayətləniblər. İstənilən halda, bunlar aerodinamikanın yoxlanılmasına mane olmayıb.

Sessiyanın 39-cu dəqiqəsində turbinin qızması nəticəsində maşınından tüstü çıxan Kimi Rəykkönen məşqləri vaxtından əvvəl dayandırmalı olub. Sona 20 dəqiqə qalmış isə Stoffel Vandorn motor probleminə görə onuncu döngədə təhlükəsizlik zonasında maşını saxlamalı olub. Son dəqiqələrdə Felipe Massa əyləc problemi ilə qarşılaşıb, lakin maşını boksa gətirə bilib.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1:32.697. Bu, keçən il burada keçirilən ilk sərbəst yürüşlərlə müqayisədə daha pis nəticədir, lakin komandalar sürətli dövrələr üzərində işləməyiblər. Məşqlər axşam davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:32.69721
23Daniel RikkardoRed Bull1:33.097+ 0:00.40022
333Maks FerstappenRed Bull1:33.566+ 0:00.86923
411Serxio PeresForce İndia1:34.095+ 0:01.39822
519Felipe MassaWilliams1:34.246+ 0:01.54924
618Ləns StrollWilliams1:34.322+ 0:01.62525
731Esteban OkonForce İndia1:34.332+ 0:01.63523
814Fernando AlonsoMcLaren1:34.372+ 0:01.67514
98Roman QrojanHaas1:34.564+ 0:01.86721
1044Lyuis HəmiltonMercedes AMG1:34.636+ 0:01.93928
1126Daniil KvyatToro Rosso1:34.838+ 0:02.14113
1227Niko HülkenberqRenault1:34.927+ 0:02.23013
132Stoffel VandornMcLaren1:34.997+ 0:02.30010
1477Valtteri BottasMercedes AMG1:35.002+ 0:02.30527
1530Colion PalmerRenault1:35.068+ 0:02.37119
1620Kevin MaqnussenHaas1:35.579+ 0:02.88221
179Markus ErikssonSauber1:35.888+ 0:03.19123
1894Paskal VerlyaynSauber1:35.959+ 0:03.26222
1955Karlos SaynsToro Rosso1:36.079+ 0:03.38216
207Kimi RəykkönenFerrari1:42.333+ 0:09.6366

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 938
Teqlər , , , , , , ,
Paylaş

logo