BBC D.Kultharda Red Bull-da işini davam etdirməyə icazə verib

Hazırda BBC-də şərhçi işləyən keçmiş Formula1 sürücüsü Dəvid Kultharda Red Bull komandası ilə müqaviləsini saxlamaq icazəsi verilib – bu barədə […]

Hazırda BBC-də şərhçi işləyən keçmiş Formula1 sürücüsü Dəvid Kultharda Red Bull komandası ilə müqaviləsini saxlamaq icazəsi verilib – bu barədə şotlandiyanın Sunday Mail qəzetində yazılıb…

Gözlənilirdi ki, Dəvid BBC-də şərhçi olduqdan sonra komanda ilə əlaqələrini kəsəcək – şotlandiyalı sürücü 2005-2008-ci illərdə komandanın əsas sürücüsü olub və bu günə kimi komandada məsləhətçi kimi işini davam etdirir. Qəzetin verdiyi xəbərə görə, bəzi tənqidçilər təkid edirdilər ki, əks halda vəziyyət BBC-nin nizamnaməsinə zidd olacaq, çünki telekanal bütün jurnalistlərindən, ekspertlərindən və şərhçilərindən neytrallığı tələb edir.

BBC-nin nümayəndəsi bildirib: “Dəviddən neytrallıq xatirinə Red Bull-la əlaqələri kəsmək və ya müvəqqəti olaraq dondurmaq xahiş olunmayıb. Biz həmişə onun komanda ilə münasibətlərindən xəbərdar olmu.uq və vəziyyətə nəzarəti davam etdirəcəyik, əminik ki, bu əlaqələr efir işinə xələl gətirməyəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*