22 Noyabr 2017, Çərşənbə - 20:44

Barselona, 04.03.2016

Barselona, 04.03.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:48 - 04 Mart, 2016

Bu il mövsümöncəsi testlərin proqramı cəmi 8 gün təşkil edirdi, ona görə də komandalar bu 8 gündən maksimum məhsuldar yararlanmağa çalışıblar. Hava da komandaların xətrinə dəyməyib – komandalar yalnız testlərin ilk günü qurumaqda olan trasda işə başlamışdılar. Yeni maşınlar çox etibarlı alınıblar, sürücülər elə ilk gündən böyük məsafələr qət etməyə başlamışdılar. Düzdür, problemsiz komanda olmayıb, amma hər şey gözlənilən olub, hətta Renault və Honda motorçularının tərəqqisi də gözlənilən idi…

F-1.az bildirir ki, testlərdə ən böyük çətinliklər Haas komandasının payına düşüb – yeni komanda həm ilk maşınını trasda test etməliydi, həm kollektivdə qarşılıqlı münasibətləri tənzimləməli və formalaşdırmalı idi. Komandanın sahibi Cin Haas hətta etiraf etdi ki, “Formula1-in belə çətin olmasını bilmirmiş”, mətbuat bu ifadəni göydə qapdı…

İki il əvvəl hətta top-komandalarda güc qurğusunun dəyişdirilməsi böyük vaxt itkisi idi, artıq onlar bu prosesə daha az vaxt sərf edirlər, Haas komandası həmin dövrü daha qısa müddətdə keçməlidir. Yeni komanda gözlənildiyi kimi qət edilən məsafə üzrə sonuncu yeri tutub.

Manor komandası son illərdə birinci dəfə yeni maşınla ilk testlərə qatılıb. Yeni rəhbərlik və yeni sürücülərlə, və ən əsası – yeni maşın və yeni Mercedes motoru ilə komanda qarşıdakı mövsümə çox nikbin köklənib. Qət olunan məsafə yeni maşının etibarlı olmasından xəbər verir, hər şey onun mövsümün gedişində tərəqqisindən asılı olacaq. Bu il peletonun quyruğunda da sıx mübarizə gözlənilir.

Sauber komandası isə ilk testlərə keçənilki maşınla qatılmışdı, bu həftə isə yeni maşının debütü ürəkaçan alınmayıb – komanda dörd gün ərzində etibarlılıq problemlərindən tam azad ola bilməyib, komanda qrafikdən hissolunacaq dərəcədə geri qalır.

Yeni zavod komandası Renault testlərə keçənilki Lotus-un builki reqlamentə adaptasiya olunmuş versiyası ilə qatılıb – maşında güc qurğusu da dəyişib. İlk testlər problemlər üzə çıxsa da, bu həftə komanda məhsuldar işləyə bilib. Maraqlıdır ki, Maqnussen gənc həmkarı Palmerdən iki dəfə çox məsafə qət edib.

Toro Rosso komandası da motor təchizatçısını dəyişib, həm də bu barədə məlumatı yalnız keçən ilin sonunda almışdı. Komanda keçənilki Ferrari motorunu yeni şassiyə inteqrasiya etməli olub. Komandanın sürücüləri bu həftə qət olunan məsafə üzrə liderlik ediblər və ana komandanı qat-qat qabaqlayıblar.

Honda motorçuları keçənilki testlərlə müqayisədə bu il müqayisəolunmaz dərəcədə inkişaf ediblər. Motor həddindən çox etibarlı alınsa da, testlər maşının sürəti barədə fikir söyləməyə imkan verməyib. Komanda özü də bu məsələdə ehtiyat edərək, bir neçə yarışdan sonra pik nöqtəyə çıxmağa ümid edir.

Red Bull komandası hər gün hər hansı bir problemlə üzləşsə də, ümumilikdə Renault motorları həm etibarlı, həm də sürətli təsir bağışlayıblar. Maşının real sürətini ancaq Melburnda sıralanma turunda görəcəyik.

Williams və Force İndia testləri çox inamla keçiriblər, ciddi problemlərlə üzləşməyiblər, stabil nəzərdə tutulan proqram üzrə işləyiblər. Qeyd edək ki, testlərdə Force İndia test sürücüsü ilə işləyən yeganə komanda olub.

Mercedes AMG komandası ilk günlərin marafon məsafələrindən sonra bu həftə sürücülərini gün ərzində yalnız dörd saat işlədib. Çempion komanda mövsümöncəsi testlərdə ən böyük məsafə qət edən komandadır. Komanda ən yumşaq təkərlərlə işləmədi, əsas üstünlüyü isə Medium tərkibinə verdi. Amma bu gün Lyuis Həmiltonun maşınında ötürmələr qutusunda problemlər üzə çıxıb.

Ferrari komandası isə əsas rəqibindən fərqli olaraq sürətini gizlətməyib – komanda səkkiz gündən beşində protokollara başçılıq edib. Fettel və Rəykkönen UltraSoft və SuperSoft tərkiblərlə aktiv işləyiblər, bəlkə də yeni təkər reqlamentinə uyğun mübarizə üsulu tapıblar.

Beləliklə, mövsümöncəsi testlər başa çatıb, iki həftədən sonra biz mövsümün ilk Qran Prisində olacayıq. Tezliklə görüşəcəyik…

YerNSürücüKomandaMaşınZamanFərqDövrəTəkər
15Sebastyan FettelFerrariSF16-H1:22.852142SuperSoft
255Karlos SainsToro RossoSTR111:23.134+ 0:00.282132UltraSoft
319Felipe MassaWilliamsFW381:23.644+ 0:00.792129SuperSoft
411Serxio PeresForce İndiaVJM091:23.721+ 0:00.86960SuperSoft
544Lyuis HəmiltonMercedes AMGW071:24.133+ 0:01.28169Medium
63Daniel RikkardoRed BullRB121:24.427+ 0:01.575123Soft
722Censon BattonMcLarenMP4-311:24.714+ 0:01.862121UltraSoft
830Colion PalmerRenaultRS161:24.859+ 0:02.00790SuperSoft
99Markus ErikssonSauberC351:25.031+ 0:02.179132Soft
108Roman QrojanHaasVF-161:25.255+ 0:02.40366Soft
1121Esteban QutyerresHaasVF-161:25.422+ 0:02.57025SuperSoft
1288Rio HaryantoManorMRT051:25.899+ 0:03.04758UltraSoft
136Niko RosberqMercedes AMGW071:26.140+ 0:03.28869Medium

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 607
Teqlər , ,
Paylaş

logo