B.Ekklstoun: “Nasra kömək edəcəm”

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, gələn il peletonda braziliyalı sürücünün olub-olmayacağından əmin deyil və buna görə də sponsor problemi yaşayan Nasra kömək etmək istəyir.

F-1.az xatırladır ki, sponsor problemini həll edə bilməyən Nasrın Sauber-dəki vəziyyəti müəmmalıdır. Braziliyalı özünə sponsor tapa bilməsə, komandadan ayrıla bilər.

Nasr özünə başqa komanda tapa bilməyəcəyi halda isə, gələn il peletonda braziliyalı sürücü olmayacaq.

Berni Ekklstoun: “Hazırda vəziyyətlə bağlı heç nə deyə bilmərəm. Ümid edirəm ki, Nasr gələn il özünə sponsor tapar. Mən onu peletonda görmək istəyirəm. Özünə sponsor tapması üçün ona kömək edəcəm. Amma Felipeni hər hansı komandada yarışdırmaq kimi səlahiyyətim yoxdur. Ümid edirəm ki, özünə sponsor tapar və gələn il Formula1-də olar. Onun kimi istedadlı sürücülərin Formula1-dən uzaqlaşması yaxşı olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*