23 Noyabr 2017, Cümə axşamı - 11:41

B.Ekklstoun: “Montsanın gələcəyi barədə heç nə bilmirəm…”

B.Ekklstoun: “Montsanın gələcəyi barədə heç nə bilmirəm…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:53 - 12 Fevral, 2016

İtaliya Qran Prisinin çempionatla müqaviləsi cari mövsümün sonunda başa çatır və yarışın təşkilatçıları ümid edirdilər ki, tezliklə yeni müqavilə imzalanacaq, amma Berni Ekklstounla razılıq əldə olunmayıb.

F-1.az bildirir ki, Reuters agentliyinin sualını cavablandıran çempionatın kommersiya başçısı təsdiq edib ki, danışıqlarda vəziyyət çətinləşib…

Berni Ekklstoun: “İtalyanları yaxşı tanıyıram, bu onların qanındadır – çox danışırlar, amma heç bir iş görmürlər. Bir neçə ay əvvəl onlar mənə dedilər ki, hər şey nəzarətdədir, problemlər həll olunub, hər şey razılaşdırılıb. Dünən isə onlardan eşitdim ki, məsələni siyasiləşdiriblər… İndi bilmirəm necə olacaq. Bacaracaqlar yoxsa yox?Artıq biz heç nə edə bilmərik.

Mən bilmirəm ki, bundan sonra hadisələr necə cərəyan edəcək. Hazırda hadisələr italyansayağı cərəyan edir. Məsələni yalnız onlar özləri həll edə bilərlər. Son tarix yoxdur. Amma gələn ayın sonuna kimi konkret cavabları olmasa, biz İmola və ya Mucello ilə danışıqlara başlaya bilərik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər , , ,
Paylaş

logo