17 Avqust 2018, Cümə - 07:37

B.Bell: “Bütün resurslarımızı 2017-ci ilə yönləndəcəyik”

B.Bell: “Bütün resurslarımızı 2017-ci ilə yönləndəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:34 - 27 Mart, 2016

Renault-nun texniki direktoru Bob Bell bildirib ki, 2017-ci il bolidinin üstündə 6 ay əvvəldən işləməyə başlayan komandalar gələn il daha uğurlu nəticələr qazanacaqlar…

F-1.az xəbər verir ki, 2017-ci ilin bolidlərində yeni aerodinamik qaydalar olacaq. Hələ tam konsept bilinmir, amma qaydaların əsas hissəsinə fevral ayında qərar verilib.

Gələn il bolidlərin daha enli və daha sürətli olacağı məlumdur, ancaq qaydalar tam olaraq aprelin 30-da bilinəcək.

Bob Bell: “Gələn il aerodinamik və mexanik cəhətdən fərqli bolidlər olacaq. Komanda gələn il əlindən gələnin ən yaxşısını edəcək. O bolidi təkmilləşdirmək üçün 6 aydır işləyirik. Bu müddət çox uzun deyil, amma o vaxtdan işləyən komandalar var”.

Ona görə də gələn il bizi gərgin mübarizə gözləyir, amma bu, Formula1 üçün əladır. Formula1-in bəzi dəyişikliklərə ehtiyacı var. Ümid edirəm ki, yeni qaydaların hesabına komandaların sıralanması dəyişər”.

Renault şirkəti Lotus komandasını gec satın aldığı üçün 2016-cı il bolidini istədiyi kimi inkişaf etdirə bilməyib. Bell bildirib ki, komandanın tamamilə 2017-ci ilə fokuslanması onlar üçün çətin olacaq: “2016-cı il bolidinin inkişafı mövsümün əvvəlində yavaş olacaq, amma bizim inkişafla bağlı planlarımız var və bolidə yeniliklər gətirəcəyik. Ancaq bu yeniliklər elə də güclü olmayacaq, çünki 2017-ci il gəlir və qaydalar çox fərqlidir. Ona görə də bütün resurslarımızı 2017-ci il üçün istifadə etməliyik. Əks halda biz rəqiblərimizdən geridə qalarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 418
Teqlər ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo