23 Sentyabr 2017, Şənbə - 18:49

Azərbaycan-2017: Üçüncü stüard – Dənni Sallivan

Azərbaycan-2017: Üçüncü stüard – Dənni Sallivan

Müəllif: Elçin Zodorov, redaktor

19:09 - 21 İyun, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bakıda baş tutacaq Azərbaycan Qran Prisində stüardlara Dənni Sallivan kömək edəcək.

Amerikalı sürücü 1983-cü ildə Tyrrell komandasının tərkibində 15 Qran Pridə start alıb və ən yaxşı nəticəsi Monakoda 5-cilik olub. Vətənində daha məşhur olan Dənni İndyCar seriyasının çempionu və əfsanəvi İndianapolis-500 yarışının qalibi kimi tanınır. Sallivan bu il Bəhreyndə də stüardlıq etmişdi.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Sallivandan başqa, FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyar və Venesuela idman federasiyasının prezidenti Vinçentso Spano iştirak edəcəklər.

Qeyd edək ki, Sallivan cari mövsümdə Bəhreyn Qran Prisinə də stüard kimi dəvət olunmuşdu…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 767
Teqlər , , , , ,
Paylaş

logo