Azərbaycan-2017: Üçüncü sərbəst yürüşlər

Şənbə günü trasın vəziyyəti daha da düzəlib. Bu, gün ərzində baş tutan ilk sessiya deyil - startdan bir qədər əvvəl Formula2-nin ilk yarışı keçirilib.

F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdən boksları tərk ediblər. İlk dəqiqələrdə Medium təkərlərə üstünlük verilib – sürücülərin demək olar ki, hamısı bu tərkiblə trasa çıxıb. Lakin Palmer üçün sessiya elə startdaca başa çatıb – sessiyanın 7-ci dəqiqəsində britaniyalının maşını tüstülənib və ikinci döngədə təhlükəsizlik zonasında dayanıb.

Trasın vəziyyətinin cümə günü ilə müqayisədə daha yaxşı olmasına baxmayaraq, səhvlər yenə olub. Qrojan, Maqnussen və Kvyat təhlükəsizlik ciblərinə giriblər.

Dünən baş tutan hər iki sessiyanın lideri Ferstappen elektronik problemlərə görə məşqləri yarımçıq saxlamalı olub. Fettel isə motorda sızıntı olduğundan cəmi yeddi dövrə vuraraq boksa qayıdıb və daha trasa çıxmayıb.

Bottas protokollara başçılıq edib – 1:42.742. Finlandiyalının bu nəticəsi trasın rekorduna cəmi 0.2 saniyə uduzur. Çox güman ki, sıralanma turunda yeni rekord görəcəyik. Bizi 17:00-dan etibarən poul uğrunda gərgin mübarizə gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:42.742 21
2 7 Kimi Rəykkönen Ferrari 1:42.837 + 0:00.095 14
3 44 Lyuis Həmilton Mercedes AMG 1:43.158 + 0:00.416 23
4 3 Daniel Rikkardo Red Bull 1:43.287 + 0:00.545 24
5 31 Esteban Okon Force İndia 1:43.344 + 0:00.602 21
6 33 Maks Ferstappen Red Bull 1:43.614 + 0:00.872 16
7 19 Felipe Massa Williams 1:43.738 + 0:00.996 18
8 26 Daniil Kvyat Toro Rosso 1:43.908 + 0:01.166 21
9 18 Ləns Stroll Williams 1:44.040 + 0:01.298 17
10 11 Serxio Peres Force İndia 1:44.138 + 0:01.396 22
11 27 Niko Hülkenberq Renault 1:44.312 + 0:01.570 16
12 5 Sebastyan Fettel Ferrari 1:44.344 + 0:01.602 7
13 55 Karlos Sayns Toro Rosso 1:44.401 + 0:01.659 23
14 14 Fernando Alonso McLaren 1:44.741 + 0:01.999 18
15 20 Kevin Maqnussen Haas 1:44.926 + 0:02.184 20
16 2 Stoffel Vandorn McLaren 1:45.143 + 0:02.401 17
17 8 Roman Qrojan Haas 1:45.491 + 0:02.749 20
18 9 Markus Eriksson Sauber 1:45.645 + 0:02.903 21
19 94 Paskal Verlyayn Sauber 1:45.722 + 0:02.980 19
20 31 Colion Palmer Renault 1:53.040 + 0:10.298 4
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*