20 Noyabr 2017, Bazar ertəsi - 07:39

Azərbaycan-2017: Güc qurğusunun elementləri

Azərbaycan-2017: Güc qurğusunun elementləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:14 - 22 İyun, 2017

FİA Azərbaycan Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, artıq iki sürücünün maşınında 5-ci elementlər quraşdırılıb. Bakıda qələbəyə əsas namizəd Sebastyan Fettelin maşınında isə artıq sonuncu turbin çalışacaq.

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes222222
77Valtteri BottasMercedes AMGMercedes222222
3Daniel RikkardoRed BullTAG Heuer222222
33Maks FerstappenRed BullTAG Heuer222212
5Sebastyan FettelFerrariFerrari243222
7Kimi RəykkönenFerrariFerrari232222
11Serxio PeresForce İndiaMercedes222212
31Esteban OkonForce İndiaMercedes222222
19Felipe MassaWilliamsMercedes222222
18Ləns StrollWilliamsMercedes222212
14Fernando AlonsoMcLarenHonda355333
2Stoffel VandornMcLarenHonda255355
26Daniil KvyatToro RossoRenault333222
55Karlos SaynsToro RossoRenault223322
8Roman QrojanHaasFerrari232222
20Kevin MaqnussenHaasFerrari232222
27Niko HülkenberqRenaultRenault222222
30Colion PalmerRenaultRenault233212
9Markus ErikssonSauberFerrari-2016222222
94Paskal VerlyaynSauberFerrari-2016222223

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 320
Teqlər , , ,
Paylaş

logo