Formula1 azarkeşləri bu il trasda baş verən hadisələr barədə daha çox məlumat alacaqlar – FOM FOTA-nın təklifini nəzərə alıb və teleyayımların qrafik təsvirləri üzərində işləməyi planlaşdırır. İndi ekranda yanacaq strategiyası və pit-stopların keçirilmə proqnozları, döngələrdə sürücülərin trayektoriyaları görsədiləcək, bundan başqa komandaların radiodanışıqları da efirə daha çox veriləcək. Britaniyanın Autosport qəzetinin jurnalistləri Berni Ekklstoundan şərh verməyi istəyiblər…
Berni Ekklstoun: “Əvvəllər müəyyən qədər məhdudiyyətlər var idi və əlimizdə olan məlumatları azarkeşlərə çatdıra bilmirdik, bu radio danışıqlara da aiddir – azarkeşlər belə məlumatlarla maraqlanırlar, komandalar isə bunun əleyhinə idilər – onlar unudurlar ki, biz şou-biznesdə çalışırq, amma tədricən onlar ayılmağa başlayıblar.”