19 Oktyabr 2017, Cümə axşamı - 03:45

Avtoİdman Şurasının növbəti iclası baş tutub

Avtoİdman Şurasının növbəti iclası baş tutub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:20 - 21 Sentyabr, 2017

Bu gün Parisdə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclas federasiyanın prezidenti Jan Todtun Meksika və Puerto Rikoda baş verən zəlzələdən zərər çəkənlərə dəstək və başsağlığı ilə başlayıb.

F-1.az bildirir ki, iclasın gündəliyində müxtəlif çempionatların bir çox məsələləri, o cümlədən Formula1-in idman və texniki reqlamentlərində bir neçə vacib dəyişikliklər yer alıblar.

İclasın sonunda sürücülərin başını qoruyan Halo sisteminin texniki parametrləri, şassinin və qəza zamanı təkərləri saxlayan sistemin bərkliyinin effektivliyini artırma istiqamətində bəzi dəyişikliklər təsdiq olunublar. Bütün bu düzəlişlər yekdilliklə dəstəkləniblər və 2018-ci ildən qüvvəyə minəcəklər.

Eyni zamanda, F1 komandalarını qarşıdakı iki il ərzində mühərriyin yanacaq sərfiyyatını ölçən sistemlə təchiz edəcək şirkətin adı da açıqlanıb: FİA-nın elan etdiyi tenderdə qalib gələn Britaniyanın Sentronics Ltd. şirkəti Ümumdünya Şurası tərəfindən eksklüziv təchizatçı kimi təsdiq olunub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 695
Teqlər , , ,
Paylaş

logo