19 Sentyabr 2018, Çərşənbə - 11:11

Avstriya-2018: Yarış

Avstriya-2018: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

18:57 - 01 İyul, 2018

Avstriyadakı yarış builki təqvimdə fasiləsiz ardıcıl üç yarışdan ikincisidir və komandalar belə sıx qrafikə baxmayaraq, Şpilberqə çox sayda yeniliklər gətiriblər. Fransada dominantlıq edən Mercedes bu dəfə Avstriyaya aerodinamikada ciddi dəyişikliklərlə gəlib.

Bu dəfə də Red Bull Rinqdəki porebriklər əsas müzakirə mövzusu olub. Bir neçə sürücü maşını zədələyib, lakin porebriklərin öz funksiyasını yerinə yetirdiyini, sürücülərin trasın hüdudlarından çıxmalarına maneçilik törətdiyini deyənlər də az olmayıb.

F-1.az bildirir ki, nəticələr həmişəki kimi, çox sıx olub. Cümə günü məşqlərində Həmilton üstün olub, şənbə günü isə Fettel fərqlənib. Bottas sıralanma turunda hamını üstələyərək Şpilberqdə ardıcıl ikinci poulunu qazanıb.

Sıralanma turunda Saynsı bloklayan Fettelə 3 yer itirmək cəzası verilib. Lekler ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirib, Hartli isə yeni mühərriyə keçdiyi üçün peletonun sonuna göndərilib. Ön qanadın və MGU-K generatorunun dəyişdirilməsi üçün qapalı parkın qaydaları pozulduğundan, Alonso yarışa pit-leyndən başlayıb.

Yarışa Bottas və Həmilton birinci, Rəykkönen və Ferstappen ikinci, Qrojan və Fettel isə üçüncü cərgədən başlayıblar. Pirelli bura Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. İlk onluqdan Mercedes və Red Bulll sürücüləri SuperSoft, digərləri isə ən yumşaq təkərlərlə start alıblar.

Startda Bottas bir qədər ləngiyib, Həmilton ilk döngədən lider kimi çıxıb. Rəykkönen Bottasa hücumlar edib. Ferstappen Rəykköneni, Fettel isə Maqnusseni ötüb. Vandorn və Qasli toqquşub. Belçikalı sürücü dərhal boksa qayıdaraq təkərlərini dəyişib. 3-cü dövrədə ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rəykkönen – Rikkardo – Qrojan – Fettel – Maqnussen – Hülkenberq – Okon.

12-ci dövrədə motoru sıradan çıxan Hülkenberq dayanmalı olub. İki dövrə sonra isə Bottas mübarizəni dayandırıb – finlandiyalı sürücünün maşınında hidravlik sistemin təzyiqi aşağı düşdüyündən, ötürmələr qutusu işləməyib. Maşının təxliyə olunması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Ferstappen, Rəykkönen, Rikkardo, Fettel, Qrojan, Okon, Sayns, Qasli və Lekler dərhal pit-stopa yollanıblar. İlk onluqdan yalnız Həmilton, Maqnussen və Peres təkərlərini dəyişməyiblər və Mercedes-in strateqləri  yarışın gedişində Lyuislə danışarkən səhvlərini etiraf ediblər. 17-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Fettel – Maqnussen – Peres – Qrojan – Okon – Sayns.

20-ci dövrədə Rəykkönen səhvə  yol verib və Rikkardo onu keçib. Həmilton yalnız 25-ci dövrədə pit-stopa çağrılıb və trasa Fettelin arxasında dördüncü yerdə qayıdıb. Peres və Maqnussen də növbəti dövrələrdə təkərlərini dəyişiblər.

Həmilton Rəykkönenə, o da Rikkardoya çatıb. Üç sürücü gərgin mübarizə apararkən arxadan Fettel də onlara yaxınlaşıb. Yalnız 38-ci dövrədə hər iki sürücü Rikkardonu keçib, o da arxa sağ təkər çox zədələndiyindən dərhal pitə yollanaraq təkərlərini dəyişib. Növbəti dövrədə Fettel Həmiltonu keçərək üçüncü yerə yüksəlib. 40-cı dövrədə ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Həmilton – Rikkardo – Qrojan – Okon – Maqnussen – Peres – Eriksson.

Həmilton hücum məsafəsinə qədər yaxınlaşsa da, Fetteli üstələyə bilməyib. Arxa təkərlər çox aşındığından, bir neçə dövrə sonra tempini azaldıb. Maqnussen 49-cu dövrədə Okonu keçərək yeddinci olub. 53-cü dövrədə Həmilton ikinci pit-stopunu edərək SuperSoft təkərlərə keçib və trasa beşinci yerdə qayıdıb. Növbəti dövrədə Rikkardo ötürmələr qutusu problemi ilə üzləşərək mübarizəni dayandırıb. 58-ci-cı dövrədə ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Həmilton – Qrojan – Maqnussen – Okon – Peres – Qasli – Lekler.

Okon 60-cı dövrədə komandanın xahişi ilə Peresə yol verib. 63-cü dövrədə Lekleri keçən Alonso ilk onluğa düşüb. Yarışın 64-cü dövrəsində isə motoru güc itirən Həmilton təhküləsizlik zonasında maşını saxlayıb. Mercedes etibarlılıq probleminə görə yarışı hər iki sürücüsü ilə erkən başa vurub.

Alonso, Lekler və Eriksson tempi aşağı düşmüş Qaslini keçiblər. Vandorn 69-cu dövrədə boksa qayıdaraq mübarizəni dayandırıb. Rəykkönen son dövrələrdə Ferstappenə xeyli yaxınlaşsa da, hücum məsafəsinə çata bilməyib.

Maks Ferstappen Red Bull-un ev yarışında mövsümdə ilk, karyerasında dördüncü qələbəsini qazanıb. Rəykkönen ikinci yeri tutub. Üçüncü olan Fettel isə sürücülər çempionatında yenidən liderliyə yüksəlib. Cəmi iki sürücü yarışı liderlə eyni dövrədə başa vurub.

Növbəti yarış bir həftə sonra əfsanəvi Silverstounda baş tutacaq.

YerNSürücüKomandaZaman/FərqPit
133Maks FerstappenRed Bull1:21:56.0241
27Kimi RəykkönenFerrari+ 0:01.5041
35Sebastyan FettelFerrari+ 0:03.1811
48Roman QrojanHaas+1 dövrə1
520Kevin MaqnussenHaas+1 dövrə1
631Esteban OkonForce İndia+1 dövrə1
711Serxio PeresForce İndia+1 dövrə1
814Fernando AlonsoMcLaren+1 dövrə1
916Şarl LeklerSauber+1 dövrə1
109Markus ErikssonSauber+1 dövrə1
1116Pyer QasliToro Rosso+1 dövrə1
1255Karlos SaynsRenault+1 dövrə2
1335Sergey SirotkinWilliams+2 dövrə2
1418Ləns Stroll*Williams+2 dövrə2
152Stoffel VandornMcLaren+6 dövrə2

* – Mavi bayraqlara məhəl qoymadığı üçün nəticəsinə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) – 1:06.957 (71-ci dövrə, 232.160 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Lyuis HəmiltonMercedes AMG64güc qurğusu
Brendon HartliToro Rosso54ötürmələr qutusu
Daniel RikkardoRed Bull53ötürmələr qutusu
Valtteri BottasMercedes AMG14hidravlika
Niko HülkenberqRenault12güc qurğusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari146
244Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport145
37Kimi RəykkönenScuderia Ferrari101
43Daniel RikkardoAston Martin Red Bull Racing96
533Maks FerstappenAston Martin Red Bull Racing93
677Valtteri BottasMercedes AMG Petronas Motorsport92
720Kevin MaqnussenHaas F1 Team37
814FernandoAlonsoMcLaren F1 Team36
927Niko HülkenberqRenault Sport Formula 1 Team34
1055Karlos SaynsRenault Sport Formula 1 Team28
1111Serxio PeresSahara Force İndia F1 Team23
1231Esteban OkonSahara Force İndia F1 Team19
1310Pyer QasliRed Bull Toro Rosso Honda18
1416Şarl LeklkerAlfa Romeo Sauber F1 Team13
158Roman QrojanHaas F1 Team12
162Stoffel VandornMcLaren F1 Team8
1718Ləns StrollWilliams Martini Racing4
189Markus ErikssonAlfa Romeo Sauber F1 Team3
1928Brendon HartliRed Bull Toro Rosso Honda1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Scuderia FerrariFerrari247
2Mercedes AMG Petronas MotorsportMercedes237
3Aston Martin Red Bull RacingRenault189
4Renault Sport Formula 1 TeamRenault62
5Haas F1 TeamFerrari49
6McLaren F1 TeamRenault44
7Sahara Force İndia F1 TeamMercedes42
8Red Bull Toro Rosso HondaHonda19
9Alfa Romeo Sauber F1 TeamFerrari16
10Williams Martini RacingMercedes4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 180
Teqlər , , , , , , ,
Paylaş

logo