Avstriya-2018: Üçüncü sərbəst yürüşlər

Cümə günü məşqlər quru havada baş tutub. Bu günə yağış vəd edilsə də, bu, baş verməyib. Sürücülər dünənki proqramlarını davam etdiriblər.

F-1.az bildirir ki, sessiya ərzində ciddi insident olmayıb. Trasın vəziyyəti yaxşılaşıb, səhvlər azalıb. Maks Ferstappen çınqıllığa düşsə də, maşına ciddi zərər dəyməyib. Hartli və Vandorn porebriklərə hücum edərkən ön qanadı zədələyiblər. Belçikalı sürücü bu il Şpilberqdə ön qanadın zədələnməsinə görə ikinci dəfə məşqləri vaxtından əvvəl başa vurub.

Sona 10 dəqiqə qalmış Ferstappen güc qurğusundakı problemə görə beşinci döngədə dayanıb. Son dəqiqədə isə Lekler ötürmələr qutusunda problem yaşayıb.

Protokollara bu dəfə Fettel başçılıq edib – 1:04.070. O, Həmiltonu cüzi fərqlə üstələyib. Bizi poul uğrunda kəskin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:04.070 22
2 44 Lyuis Həmilton Mercedes AMG 1:04.099 + 0:00.029 24
3 77 Valtteri Bottas Mercedes AMG 1:04.204 + 0:00.134 24
4 7 Kimi Rəykkönen Ferrari 1:04.470 + 0:00.400 22
5 33 Maks Ferstappen Red Bull 1:04.791 + 0:00.721 14
6 3 Daniel Rikkardo Red Bull 1:04.891 + 0:00.821 18
7 8 Roman Qrojan Haas 1:04.916 + 0:00.846 17
8 20 Kevin Maqnussen Haas 1:05.013 + 0:00.943 15
9 55 Karlos Sayns Renault 1:05.086 + 0:01.016 22
10 16 Şarl Lekler Sauber 1:05.219 + 0:01.149 25
11 2 Niko Hülkenberq Renault 1:05.228 + 0:01.158 19
12 10 Pyer Qasli Toro Rosso 1:05.264 + 0:01.194 25
13 31 Esteban Okon Force İndia 1:05.444 + 0:01.374 21
14 14 Fernando Alonso McLaren 1:05.448 + 0:01.378 18
15 11 Serxio Peres Force İndia 1:05.502 + 0:01.432 24
16 9 Markus Eriksson Sauber 1:05.699 + 0:01.629 26
17 28 Brendon Hartli Toro Rosso 1:05.705 + 0:01.635 23
18 2 Stoffel Vandorn McLaren 1:05.837 + 0:01.767 16
19 18 Ləns Stroll Williams 1:06.029 + 0:01.959 23
20 35 Sergey Sirotkin Williams 1:06.318 + 0:02.248 22
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*