17 Dekabr 2017, Bazar - 18:01

Avstriya-2017: İkinci sərbəst yürüşlər

Avstriya-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:45 - 07 İyul, 2017

İkinci sessiyanın əvvəlində havanın temperaturu yüksəlib və asfaltla ilişmə yaxşılaşıb. Komandalar müxtəlif tərkiblərin səmərəliliyini yoxlamaq üçün ənənəvi proqramları üzrə işləyiblər. Sürücülər ilk dəqiqələrdə Soft təkərlərlə trasa çıxsalar da, zaman irəlilədikcə, tədricən daha yumşaq tərkiblərə keçiblər.

F-1.az xəbər verir ki, yağış yağacağı proqnozlaşdırıldığından, sürücülər boksları tərk edərək trasa tələsiblər. Ancaq Peres və Ferstappen bir qədər ləngiyiblər – Serxionun maşınında mexaniklər akumulyatoru dəyişiblər, Maksın maşınında isə əyləc problemi üzündən altlığı çıxarmalı olublar.

Eriksson altıncı döngədə çınqıllığa çıxıb. Bir qədər sonra Bottas həmin yerdə eyni səhvə yol verib, hər iki halda maşınlara ziyan dəyməyib. Alonso yeddi dövrə vurduqdan sonra maşını mexaniklərə təhvil verib – MCL32-nin zədələnmiş altlığını dəyişmək lazım gəlib. Lakin ispan sürücü sonra işini davam etdirə bilib.

Toro Rosso sürücüləri və Rikkardo sessiyanı vaxtından əvvəl başa vurublar. Avstraliyalı sürücü turbin problemi yaşayıb.

Trasın üzərini buludlar alsa da, yağıntı olmayıb. Protokollara səhər olduğu kimi, bu dəfə də Həmilton başçılıq edib – 1:05.483. Lyuis trasın rekordunu daha da yaxşılaşdırıb. Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:05.48330
25Sebastyan FettelFerrari1:05.630+ 0:00.14750
377Valtteri BottasMercedes AMG1:05.699+ 0:00.21641
433Maks FerstappenRed Bull1:05.832+ 0:00.34933
53Daniel RikkardoRed Bull1:05.873+ 0:00.39027
67Kimi RəykkönenFerrari1:06.144+ 0:00.66154
720Kevin MaqnussenHaas1:06.591+ 0:01.10843
814Fernando AlonsoMcLaren1:06.732+ 0:01.24927
927Niko HülkenberqRenault1:06.735+ 0:01.25242
108Roman QrojanHaas1:06.763+ 0:01.28052
1131Esteban OkonForce İndia1:06.849+ 0:01.36650
122Stoffel VandornMcLaren1:06.859+ 0:01.37637
1326Daniil KvyatToro Rosso1:06.906+ 0:01.42334
1419Felipe MassaWilliams1:07.065+ 0:01.58250
1555Karlos SaynsToro Rosso1:07.100+ 0:01.61724
1618Ləns StrollWilliams1:07.468+ 0:01.98546
1711Serxio PeresForce İndia1:07.509+ 0:02.02641
1830Colion PalmerRenault1:07.623+ 0:02.1407
1994Paskal VerlyaynSauber1:08.782+ 0:03.29948
209Markus ErikssonSauber1:08.870+ 0:03.38751

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 372
Teqlər , , , , , ,
Paylaş

logo