22 Oktyabr 2017, Bazar - 21:32

Avstriya-2017: Güc qurğusunun elementləri

Avstriya-2017: Güc qurğusunun elementləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:03 - 06 İyul, 2017

FİA Avstriya Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, artıq iki sürücünün maşınında 7-ci elementlər quraşdırılıb. Qələbəyə əsas namizədlərdən biri olan Sebastyan Fettelin maşınında və Colion Palmerin maşınında isə artıq sonuncu turbin çalışacaq.

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes222222
77Valtteri BottasMercedes AMGMercedes222222
3Daniel RikkardoRed BullTAG Heuer223222
33Maks FerstappenRed BullTAG Heuer223222
5Sebastyan FettelFerrariFerrari243222
7Kimi RəykkönenFerrariFerrari232222
11Serxio PeresForce İndiaMercedes222212
31Esteban OkonForce İndiaMercedes222222
19Felipe MassaWilliamsMercedes222222
18Ləns StrollWilliamsMercedes222212
14Fernando AlonsoMcLarenHonda577544
2Stoffel VandornMcLarenHonda377455
26Daniil KvyatToro RossoRenault333222
55Karlos SaynsToro RossoRenault223322
8Roman QrojanHaasFerrari232222
20Kevin MaqnussenHaasFerrari232222
27Niko HülkenberqRenaultRenault223233
30Colion PalmerRenaultRenault343212
9Markus ErikssonSauberFerrari-2016222222
94Paskal VerlyaynSauberFerrari-2016222223

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 699
Teqlər , , ,
Paylaş

logo