21 Aprel 2018, Şənbə - 06:06

Avstraliya-2018: Birinci sərbəst yürüşlər

Avstraliya-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

06:41 - 23 Mart, 2018

Melburnda ilk məşq sessiyası yaxşı havada baş tutub.

F-1.az xəbər verir ki, komandaların iş proqramı da müxtəlif olub – Mercedes UltraSoft-larla işləyərkən, Ferrari Soft təkərlərə üstünlük verib. Rəykkönen bu proqrama sadiq qalsa da, Fettel sona az qamış SuperSoft təkərlərə keçib.

Qrojan top komandaların sürücülərindən sonra ən yaxşı nəticəni göstərsə də, komanda yoldaşı Maqnussenin maşını sessiyanın ortalarında trasdan kənara çıxıb.. Danimarkalı sürücü boksa qayıdıb və ilk məşqlər onun üçün erkən başa çatıb.

Texniki problemlərlə üzləşən McLaren sürücüləri bir saat ərzində heç bir nəticə göstərməsələr də, sona yaxın aktiv işləyiblər və heç də pis təsir bağışlamayıblar. Maşınındakı nasazlığın aradan qaldırılması Hartlinin də sessiyanın böyük hissəsini buraxması ilə nəticələnib.

Protokollara Həmilton başçılıq edib – 1:24.026. Məşqlər Bakı vaxtı ilə 09:00-da davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:24.02627
277Valtteri BottasMercedes AMG1:24.577+ 0:00.55129
333Maks FerstappenRed Bull1:24.771+ 0:00.74526
47Kimi RəykkönenFerrari1:24.875+ 0:00.84923
55Sebastyan FettelFerrari1:24.995+ 0:00.96922
63Daniel RikkardoRed Bull1:25.063+ 0:01.03725
78Roman QrojanHaas1:25.730+ 0:01.70424
814Fernando AlonsoMcLaren1:25.896+ 0:01.87016
955Karlos SaynsRenault1:25.922+ 0:01.89623
102Stoffel VandornMcLaren1:26.482+ 0:02.45615
1110Pyer QasliToro Rosso1:26.494+ 0:02.46825
1235Sergey SirotkinWilliams1:26.536+ 0:02.51025
1327Niko HülkenberqRenault1:26.583+ 0:02.55725
1431Esteban OkonForce İndia1:26.605+ 0:02.57930
1518Ləns StrollWilliams1:26.636+ 0:02.61030
1611Serxio PeresForce İndia1:26.767+ 0:02.74126
1720Kevin MaqnussenHaas1:27.035+ 0:03.00913
1828Brendon HartliToro Rosso1:27.745+ 0:03.71916
199Markus ErikssonSauber1:27.964+ 0:03.93828
2016Şarl LeklerSauber1:28.853+ 0:04.82728

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər , , , , , , ,
Paylaş

logo