22 Noyabr 2017, Çərşənbə - 16:54

ABŞ-2016: Birinci sərbəst yürüşlər

ABŞ-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

20:42 - 21 Oktyabr, 2016

Ostində səhər saatlarına təsadüf edən ilk seans günəşli havada baş tutub. Temperatur +18 dərəcə olub, asfaltın istiliyi isə +22 dərəcədən +28 dərəcəyə qədər qızıb.

F-1.az bildirir ki, əsas sürücülərdən ikisi ilk sessiyada iştirak etməyib – Verlyaynı əvəz edən Cordan Kinq ilk dəfə sərbəst yürüşlərə qatılıb, Peresi isə Alfonso Seliş əvəz edib.

Dörd sürücü – Bottas, Okon, Hülkenberq və Kvyat sessiyanın əvvəlində kokpitdən görünüşə qiymət vermək üçün Halo sistemini test ediblər. Sessiyanın ortalarında Erikssonun ötürmələr qutusunda problem olub və o, boksa qayıtmalı olub. Komanda sessiyanın sonuna doğru problemi aradan qaldırıb.

Lyuis Həmilton Soft təkərlərlə ən sürətli dövrəni vurub – 1:37.428. O, komanda yoldaşını 0.3 saniyə üstələyib. Maks ən sürətli üçüncü sürücü olub. Növbəti yerləri isə Hülkenberq, Rəykkönen və Bottas tutublar.

Sessiyada elə də böyük hadisələr baş verməyib. Fettelin maşınının sağ güzgüsü qırıldığı üçün Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq edilib. Palmer və Kvyat isə yerində fırlanaraq yollarına davam ediblər.

Nahardan sonra ikinci sessiya baş tutacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:37.42825
26Niko RosberqMercedes AMG1:37.743+ 0:00.31527
333Maks FerstappenRed Bull1:39.379+ 0:01.95128
47Kimi RəykkönenFerrari1:39.407+ 0:01.97921
527Niko HülkenberqForce İndia1:39.712+ 0:02.28427
677Valtteri BottasWilliams1:39.776+ 0:02.34830
73Daniel RikkardoRed Bull1:39.963+ 0:02.53526
85Sebastyan FettelFerrari1:39.988+ 0:02.56015
926Daniil KvyatToro Rosso1:40.131+ 0:02.70316
1055Karlos SaynsToro Rosso1:40.140+ 0:02.71226
1119Felipe MassaWilliams1:40.191+ 0:02.76327
1212Felipe NasrSauber1:40.287+ 0:02.85916
1314Fernando AlonsoMcLaren1:40.362+ 0:02.93426
148Roman QrojanHaas1:40.826+ 0:03.39815
1521Esteban QutyerresHaas1:40.970+ 0:03.54215
169Markus ErikssonSauber1:41.170+ 0:03.74217
1734Alfonso SelişForce İndia1:41.422+ 0:03.99427
1822Censon BattonMcLaren1:41.663+ 0:04.23521
1920Kevin MaqnussenRenault1:41.942+ 0:04.51422
2042Cordan KinqManor1:42.012+ 0:04.58429
2130Colion PalmerRenault1:42.332+ 0:04.90431
2231Esteban OkonManor1:43.874+ 0:06.44627

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 210
Teqlər , , , ,
Paylaş

logo