19 Noyabr 2017, Bazar - 01:33

A.Prost: “Həmiltonu 7 qat Dünya Çempionu elan etmək yersizdir”

A.Prost: “Həmiltonu 7 qat Dünya Çempionu elan etmək yersizdir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:17 - 02 Noyabr, 2017

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bildirib ki, Lyuis Həmiltonun əfsanəvi Mixael Şumaxerin rekorduna çatacağı barədə danışmaq mənasızdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü Meksikada 4-cü çempionluğunu qazanıb. Beləliklə, Həmilton bu statistikada Fettellə Alen Prosta çatıb. 32 yaşlı sürücü sadəcə Şumaxer və Xuan Manuel Fanxiodan geri qalır.

Alen Prost: “Bir sürücü heç vaxt belə suala cavab verməz. Dördqat Dünya Çempionu olanda beşinci belə çox uzaq görünür. Sürücülər yarışdan yarışa yaşayırlar. Hətta hər sərbəst yürüş, hər sıralanma və hər yarışın ayrı hekayəsi olur. Başqa cür düşünmək sürücü üçün yaxşı olmaz. Buna görə də 7-ci çempionluq barədə danışmaq axmaqlıqdır.

Rekordlar qırılmaq üçündür. Lyuis bunlardan bir neçəsini qırıb artıq. Məsələn, poul rekordu. Hazırda daha çox yarış var və bolidlər daha etibarlıdır. Buna görə də rekordlar qırılmağa başlayır. Fərqli nəsil sürücülərin müqayisələri isə həmişə fanlar tərəfindən müzakirə edilir. Hərənin öz fikri var. Amma reallıq budur ki, Lyuis artıq mənimlə Fettelə çatıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 255
Teqlər , , ,
Paylaş

logo