24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:33

A.Prost: “Bottas təslim olmayacaq”

A.Prost: “Bottas təslim olmayacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:23 - 24 Fevral, 2017

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost bildirib ki, Valtteri Bottasdan komanda yoldaşı Həmiltona qarşı layiqli mübarizə gözləyir.

F-1.az xatırladır ki, Rosberqin istefasından sonra Mercedes onun əvəzinə Bottası gətirmiş və birillik müqavilə bağlamışdı.

Alen Prost: “Məncə, Valtteri çox keyfiyyətli sürücüdür. İnanmıram ki, bütün yarışlarda Lyuisdən geri qalsın. Məncə, güclü rəqabətin içində olacaqlar və onları izləmək bizə həzz verəcək. Mercedes-də birinci və ikinci sürücü söhbəti olmur. Bu da Valtteriyə kömək edəcək.

Lyuisi məğlub etmək asan deyil. Onsuz da uzun illərdir ki, komandadır və hər şeyi yaxşı bilir. Amma nə olursa-olsun, Valtterinin bir şansı var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 170
Teqlər , , ,
Paylaş

logo