Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +33°-34° C
Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, komandalar peyda olmuş problemləri həll ediblər və ənənəvi proqram üzrə işə başlayıblar: maşının sazlanması və uzun məsafədə hər iki təkər tərkibinin effektliyinin qiymətləndirilməsi.
Lotus və Caterham səhər baş verən problemlərin aradan qaldırılması ilə məşğul olublar – bir problemin həlli digər problemi üzə çıxarıb, amma Red Bull və Toro Rosso komandalarında Renault-nun güc qurğusu normal çalışıb – mövsümöncəsi testlərlə müqayisədə motor ustaları ciddi inkişaf ediblər.
Əlbəttə, sessiya səhvsiz ötüşməyib – yeni brake-by-wire əyləc sistemi hələ də problemlər yaradır. Sessiyanın sonunda Qrojanın Lotusu baryerlərə çırpılaraq sınmış asılqanla təhlükəsizlik zolağına çıxıb. 10-cu döngənin çınqıllı təsləsinə isə Hülkenberq düşüb.
Ümumiyyətlə, sessiya sakit keçib, demək olar ki, hamı 30 dövrədən çox məsafə qət ediblər. Protokollara isə Mervedes AMG sürücüləri başçılıq ediblər – yalnız onlar 90 saniyədən sürətli olublar…
Nəticələr belə olub:
| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:29.625 | – | 37 |
| 02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:29.782 | + 0.157 | 31 |
| 03 | F.Alonso | Ferrari | Ferrari | 1:30.132 | + 0.507 | 28 |
| 04 | S.Fettel | Red Bull | Renault | 1:30.381 | + 0.756 | 40 |
| 05 | C.Batton | McLaren | Mercedes | 1:30.510 | + 0.885 | 33 |
| 06 | D.Rikkardo | Red Bull | Renault | 1:30.538 | + 0.913 | 38 |
| 07 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:30.898 | + 1.273 | 32 |
| 08 | V.Bottas | Williams | Mercedes | 1:30.920 | + 1.295 | 38 |
| 09 | K.Maqnussen | McLaren | Mercedes | 1:31.031 | + 1.406 | 34 |
| 10 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:31.054 | + 1.429 | 33 |
| 11 | J.E.Vern | Toro Rosso | Renault | 1:31.060 | + 1.435 | 35 |
| 12 | F.Massa | Williams | Mercedes | 1:31.119 | + 1.494 | 31 |
| 13 | S.Peres | Force İndia | Mercedes | 1:31.283 | + 1.658 | 36 |
| 14 | A.Sutil | Sauber | Ferrari | 1:32.355 | + 2.730 | 36 |
| 15 | E.Qutyerres | Sauber | Ferrari | 1:32.468 | + 2.843 | 26 |
| 16 | D.Kvyat | Toro Rosso | Renault | 1:32.495 | + 2.870 | 36 |
| 17 | J.Byanki | Marussia | Ferrari | 1:33.486 | + 3.861 | 29 |
| 18 | R.Qrojan | Lotus | Renault | 1:33.646 | + 4.021 | 12 |
| 19 | M.Çilton | Marussia | Ferrari | 1:34.757 | + 5.132 | 29 |
| 20 | M.Erikson | Caterham | Renault | – | – | 1 |
| 21 | P.Maldonado | Lotus | Renault | – | – | – |
| 22 | K.Kobayaşi | Caterham | Renault | – | – | – |



















