17 Dekabr 2018, Bazar ertəsi - 11:29

Yaponiya-2018: Sıralanma turu

Yaponiya-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:15 - 06 Oktyabr, 2018

Hava proqnozu Suzuka həftəsonuna yüksək ehtimalla yağış vəd etsə, sürücülər ardıcıl iki günü quru trasda işləyiblər.

F-1.az bildirir ki, bütün məşq sessiylarında protokollara Lyuis Həmilton başçılıq edib. Dünən britaniyalı sürücünün üstünlüyü yarım saniyədən çox olsa da, bu gün Sebastyan Fettel ona cəmi 0.1 saniyə uduzub. Suzukada ötmək asan olmadığı üçün sıralanma turu həftəsonunun həlledici sessiyası hesab olunur – son 10 oldə 5 dəfə poulun sahibi burada qələbəyə sevinib. 2014-cü ildən bütün poul və qələbələri isə Mercedes sürücüləri bayram ediblər.

Pirelli Yaponiyaya SuperSoft, Soft və Medium tərkiblərini gətirib. Ən sürətli təkərlər daha sürətlə yeyiliblər, amma tərkiblər arasında sürət fərqli elə də böyük olmayıb.

Renault-nun mexanikləri 2 saat əvvəl qəzaya uğramış Niko Hülkenberqin maşınını bərpa edə biliblər – almaniyalı sürücü sıralanma turunda iştirak edib, hətta onun maşınında ötürmələr qutusu da dəyişdirilməyib.

İlk sessiyada hamı trasa SuperSoft tərkibi ilə çıxıb – yalnız Vandorn ilk cəhdinə Soft-la çıxıb, amma sonuncu nəticəni göstərdiyi üçün növbəti cəhdinə SuperSoft-la çıxıb.

Sürücülər uzun dövrələr seriyasında işləyiblər, sürətli və yava. dövrələri növbələyiblər ki, təkərləri işçi rejimə çıxarsınlar. Həmilton ilk cəhdindən protokollara başçılıq edib – 1:28.702.

Fettel 11-ci döngədə yerində fırlanıb, 9-cu dəqiqədə isə qırmızı bayraqlar dalğalanıb – Markus Eriksson 7-ci döngədə trasdan çıxaraq maşını dağıdıb. 5 dəqiqədən sonra sessiyaya restart verilib.

Sürücülər ikinci cəhdlərinə çıxanda qısamüddətli yağış başlayıb, tras islanmağa macal tapmayıb. Mübarizəni isə Hülkenberq, Sirotkin, Alonso, Vandorn və Eriksson dayandırıblar.

İkinci sessiyada Mercedes və Haas sürücüləri ilk cəhdlərinə Soft-la çıxıblar. Bottas protokollara başçılıq edib – 1:27.987.

Rikkardonun maşının pit-leynin çıxışında gücünü itirib, mexaniklər maşını boksa qaytarıblar və Rikkardo trasa qayıtmayıb.

Sürücülərin ikinci cəhdinə yenə qısamüddətli yağış mane olub, Lekler 8-ci döngədə yerində fırlanıb. Rikkardo, Stroll, Sayns, Maqnussen və Lekler finala çıxa bilməyiblər.

Son sessiyaya hamı ilk cəhdinə sliklərlə çıxsa da, Ferrari sürücülər əvvəlcə trasa keçid təkərlərlə yollanıblar, amma komandanın qərarı səhv olduğu üçün növbəti dövrədə onlar da sliklərə keçiblər.

Sürücülər asfalt islanmamış sürətli dövrə vurmağa tələsiblər. Həmilton protokollara başçılıq edib – 1:27.760. Fettel səhvə yol verərək 9-cu nəticə göstərib.

Sürücülərin ikinci cəhdi yenə də yağışa təsadüf edib, amma bu dəfə yağış daha güclü olub. Bottas və Rəykkönen güclə maşını trasda saxlaya biliblər, Fettel isə çınqıllığa düşüb. Heç kim ilk nəticəsini yaxşılaşdıra bilməyib.

Lyuis Həmilton karyerasında 80-ci poulunu, mövsümdə 8-ci qazanmaqla, Suzukada növbəti dəfə sıralanma turunda birincilik əldə edib. Valtteri Bottas komanda yoldaşına 0.3 saniyə uduzaraq ikinci olub – ardıcıl ikinci yarışa Mercedes sürücüləri ilk cərgədən yollanacaqlar.

İkinci cərgədən Ferstappen və Rəykkönen, üçüncü cərgədən isə Qrojan və Hartli start alacaqlar. Hər iki Toro Rosso sürücüsü yeni Honda motoru ilə son sessiyada iştirak edib.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes11:28.702321:28.01731:27.7605
277Valtteri BottasMercedes31:29.297311:27.98741:28.0595
333Maks FerstappenRed Bull41:29.480351:28.84931:29.0574
47Kimi RəykkönenFerrari51:29.631441:28.59531:29.5216
58Roman QrojanHaas71:29.724881:29.67851:29.7614
628Brendon HartliToro Rosso141:30.2486101:29.84841:30.0235
710Pyer QasliToro Rosso101:30.137691:29.81041:30.0935
831Esteban OkonRacing Point91:29.899361:28.53851:30.1265
95Sebastyan FettelFerrari21:29.049431:28.27931:32.1926
1011Serxio PeresRacing Point131:30.247771:29.56741:37.2295
1116Şarl LeklerSauber61:29.7067111:29.8645
1220Kevin MaqnussenHaas111:30.2198121:30.2265
1355Karlos SaynsRenault121:30.2367131:30.4905
1418Ləns StrollWilliams151:30.3177141:30.7143
153Daniel RikkardoRed Bull81:29.8063151
1627Niko HülkenberqRenault161:30.3617
1735Sergey SirotkinWilliams171:30.3728
1814Fernando AlonsoMcLaren181:30.5736
192Stoffel VandornMcLaren191:31.04110
209Markus ErikssonSauber201:31.2134

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 525
Teqlər , , , , ,
Paylaş

logo