23 Oktyabr 2017, Bazar ertəsi - 14:00

Yaponiya-2017: Sürücülərin cərimə balları

Yaponiya-2017: Sürücülərin cərimə balları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:17 - 09 Oktyabr, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, Sinqapur və Malayziyada sürücülərdən heç kimi cərimə olunmasa da, dünən baş tutmuş Yaponiya Qran Prisindən sonra stüardlar Fernando Alonsonun superlisenziyasına 2 cərimə balı yazıblar – ispaniyalı sürücü mavi bayraqlara məhəl qoymayaraq, liderləri arxasında ləngidərək, könülsüz irəli buraxıb. Qeyd edək ki, ispaniyalı sürücü son 12 ayda birinci cərimə ballarını “qazanıb”.

Növbəti yarışa iki həftə sonra Amerikada keçiriləcək – keçən il Ostində hazırda “turnir cədvəlinə” başçılıq edən sürücülər fərqlənmişdilər, amma bu dəfə yarış bir gün tez keçirildiyi üçün ballar səhəri gün yanacaq…

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə5-ci cərimə6-cı cərimə
126Daniil Kvyat102 (ABŞ, 2016)1 (Meksika, 2016)2 (Kanada, 2017)2 (Avstriya, 2017)2 (Britaniya, 2017)1 (Macarıstan, 2017)
220Kevin Maqnussen72 (ABŞ, 2016)1 (Rusiya, 2017)2 (Kanada, 2017)2 (Macarıstan, 2017)
330Colion Palmer62 (Əbu Dabi, 2016)3 (Çin, 2017)1 (İtaliya, 2017)
45Sebastyan Fettel52 (Meksika, 2016)3 (Azərbaycan, 2017)
52Stoffel Vandorn51 (Rusiya, 2017)2 (İspaniya, 2017)2 (Avstriya, 2017)
619Felipe Massa52 (Braziliya, 2016)3 (Belçika, 2017)
755Karlos Sayns51 (Meksika, 2016)2 (Bəhreyn, 2017)2 (Kanada, 2017)
827Niko Hülkenberq44 (Çin, 2017)
933Maks Ferstappen31 (Meksika, 2016)2 (Macarıstan, 2017)
1011Serxio Peres32 (Monako, 2017)1 (Belçika, 2017)
117Kimi Rəykkönen33 (Belçika, 2017)
128Roman Qrojan33 (Çin, 2017)
1331Esteban Okon22 (Braziliya, 2016)
1444Lyuis Həmilton22 (Bəhreyn, 2017)
1594Paskal Verlyayn22 (İspaniya, 2017)
1622Censon Batton22 (Monako, 2017)
1714Fernando Alonso22 (Yaponiya, 2017)

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 339
Teqlər , ,
Paylaş

logo