25 Sentyabr 2018, Çərşənbə axşamı - 03:22

Xeres, 29 yanvar

Xeres, 29 yanvar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:55 - 11 Yanvar, 2014

Səhər yağış, nahardan sonra quru. Buludlu. Havanın temperaturu +11°-13° C, trasın temperaturu +11°-15° C Yeni reqlamentə əsasən mövsümöncəsi testlərin günlərindən […]

Səhər yağış, nahardan sonra quru. Buludlu. Havanın temperaturu +11°-13° C, trasın temperaturu +11°-15° C

Yeni reqlamentə əsasən mövsümöncəsi testlərin günlərindən biri yağış və keçid təkərləri ilə işə həsr olunmalıdır. Əvvəlcə Pirelli bu testləri cümə gününə planlaşdırmışdı, amma səhər yağış yağdığı üçün şirkət testləri bu gün keçirib – amma tras tez quruduğu üçün nahara qədər trasa susəpən maşın çıxmalı olmuşdu, nahardan sonra isə tras tam quruyub.

Belə bir dəyişiklik komandaların planlarına təsir etməyib – yeni güc qurğuları mühəndislərə yaman baş ağrısı verir, hər bir komanda öz proqramı üzrə işləyib, belə bir vəziyyətdə isə maşınlarda hansı təkərlərin olması elə də vacib deyil.

Ən çətin vəziyyətə isə Renault Sport müştəriləri düşüblər. Sebastyan Fettel cəmi 8 dövrə qət etdikdən sonra komanda güc qurğusundakı akkumulyator problemi üzündən günü vaxtından əvvəl başa vurub. Son dörd ilin qalibi dünən cəmi 3 dövrə vura bilmişdi və növbəti dəfə sükan arxasına yalnız Bəhreyndə qayıdacaq – sabah RB10-nu trasa Daniel Rikkardo çıxaracaq.

Testlərin startı Red Bull üçün uğursuz alınıb – cəmi 11 dövrə, keçən ilk ilk iki gündən sonra komandanın aktivində 174 dövrə var idi. Hərçənd, keçən illi müqayisələr bu il mümkün deyil…

test2-2
Renault motorlarından istifadə edən digər maşınlar da günün çox hissəsini boksda keçirməli olublar. Markus Eriksson Caterham-in sükanı arxasında yalnız axşam trasa çıxa bilib, Toro Rosso isə çempion komandanın pronblemləri ilə üzləşib və Daniil Kvyat debüt edə bilməyib.

MercedesFerrari motorlarının müştəriləri isə trasda normal işləyə biliblər – bu gün trasda sürətli olmaq elə də əhəmiyyət kəsb etmir, qət edilməiş məsafəyə görə isə onlar çox uzağa gediblər.

test2-3
Bu gün qırmızı bayraqların dalğalanmasına ilk səbəbkar Esteban Qutyerres olub – meksikalı sürücü 5-ci döngədə maşını saxlaya bilməyib və çınqıllı təhlükəsizlik zolağında ilişib qalkıb. Günorta Serxio Peres 1-ci döngədə dayanıb – motor tüstülənib, marşallar yanğınsöndürənləri işə salıblar. Axşama yaxın isə Caterham trasda dayanıb – Erikson boksdan maşını saxlamaq əmri alıb.

Marussia komandası bu gün yenə trasa çıxa bilməyib, bazadan göndərilən yeni maşın axşama yaxın boksa çatıb və çox güman ki, sabah günün ikinci yarısında debüt edəcək.

Niko Rosberq rəqibləri ilə müqayisədə fantastik nəticə göstərib – almaniyalı sürücü 97 dövrəlik məsafə qət edib. Protokollara isə dünən trasa çıxa bilməyən McLaren komandasının sürücüsü Censon Batton başçılıq edib. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01C.BattonMcLarenMercedes1:24.16543
02K.RəykkönenFerrariFerrari1:24.812+ 0:00.64747
03V.BottasWilliamsMercedes1:25.344+ 0:01.17935
04N.RosberqMercedes AMGMercedes1:25.588+ 0:01.42397
05S.PeresForce İndiaMercedes1:28.376+ 0:04.21137
06E.QutyerresSauberFerrari1:33.270+ 0:09.10553
07M.EriksonCaterhamRenault1:37.975+ 0:13.81011
08S.FettelRed BullRenault1:38.320+ 0:14.1558

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 335
Teqlər , , , , ,
Paylaş

logo