20 Noyabr 2017, Bazar ertəsi - 06:11

Williams test proqramını açıqlayıb

Williams test proqramını açıqlayıb

Müəllif: Elçin Zodorov, redaktor

07:57 - 18 Fevral, 2016

Komandanın yeni maşını – FW38-i ilk olaraq Valtteri Bottas idarə edəcək.

F-1.az Williams komandasının rəsmi twitter bloquna istinadən xəbər verir ki, fevralın 22-də Barselonada start götürəcək mövsümöncəsi testlərin ilk iki günündə Valtteri Bottas, son iki günündə isə Felipe Massa sükan arxasına keçəcək.

Komanda martın əvvəli keçiriləcək mövsümöncəsi 2-ci testlərdə də eyni proqramla çıxış edəcək.

Xatırladaq ki, Williams yeni maşını FW38-i testlərin ilk günündə təqdim edəcək. Ayın 19-da isə Silverstounda Valtteri Bottasın iştirakı ilə yeni maşının reklam çəkilişinin ediləcəyi bildirilir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər , , , , , ,
Paylaş

logo