18 Noyabr 2017, Şənbə - 00:57

Williams komandası yeni FW38-i təqdim edib!

Williams komandası yeni FW38-i təqdim edib!

Müəllif: Elçin Zodorov, redaktor

14:12 - 19 Fevral, 2016

Komanda yeni maşını fevralın 22-də – testlərin ilk günündə təqdim edəcəyini bildirmişdi.

F-1.az xəbər verir ki, Williams komandası sürpriz edib və yeni maşını FW38-i bir qədər əvvəl rəsmi iternet saytı vasitəsi ilə təqdim edib.

Yeni maşının sələfindən – FW37-dən çox da fərqlənmədiyini deyə bilərik. Pantonların üzərində keçən il olduğu kimi, Rexona-nın loqotipi əks olunub. Burun hissə keçənilki ilə müqayisədə bir qədər daralıb və pantonların öndən hava girişi dəyişdirilib. Əsas dəyişikliklər isə bolidin arxa tərəfindədir.

Qeyd edək ki, FW38-i ilk idarə edən Valtteri Bottas olacaq. O da şəxsi twitter bloqunda üzərində onun sürücü nömrəsi olan 77 rəqəmi əks olunmuş maşının şəkillərini paylaşıb.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 311
Teqlər , , , , , ,
Paylaş

logo