Williams komandası B.Senna ilə müqavilə imzalayıb

Bruno Senna 2012-ci ildə Williams komandasının şərəfini qoruyacaq – komanda rəsmən müqavilənin imzalanmasını təsdiq edib. Bruno yeni maşının sükanı arxasında […]

Bruno Senna 2012-ci ildə Williams komandasının şərəfini qoruyacaq – komanda rəsmən müqavilənin imzalanmasını təsdiq edib. Bruno yeni maşının sükanı arxasında fevralın 9-da Xeres testlərində debüt edəcək.

Frənk Uilyams: “Bruno yarışlara gec başlayıb, 20 yaşında, amma F3 və GP2 yarışlarında sübut edib ki, sürətli və istedadlı sürücüdür.

2008-ci ildə GP2 seriyasında rəqabət kəskin idi, amma Bruno çempionatı Monako və Silverstoundakı qələbələrlə ikinci yerdə başa vurmuşdu. Formula1-də kifayət qədər iştirak təcrübəsi olsa da, hələlik stabil nəticələr göstərə bilməyib, ona görə də biz onunla çox vaxt keçirdik, çünki onu sürücü kimi başa düşməli və qiymətləndirməli idik.”

Bruno Senna: “Williams-ın sürücüsü olmaq mənim üçün böyük şərəfdir. Bu komandanın zəngin tarixi var və mən ümid edirəm ki, onun tarixində yeni fəsil yaza biləcəm. Qrouvda keçirdiyim vaxt ərzində əmin oldum ki, komandada əla mütəxəssislər çalışırlar və komandanın yüksək nəticə göstərməsi üçün hər cür imkanı var.

Səbirsizliklə sükan arxasında debütümü gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*