Williams KERS-in debütünü təxirə salır

Williams kinetik enerjinin yenidən istifadə olunması sistemindən (KERS) bu mövsümdə istifadə edəcəyini hələ də qərara almayıb. Komanda hesab edir ki, […]

Williams kinetik enerjinin yenidən istifadə olunması sistemindən (KERS) bu mövsümdə istifadə edəcəyini hələ də qərara almayıb. Komanda hesab edir ki, maşının sürət ehtiyatlarını başqa sahələrdə də axtarmaq olar, xüsusən də mövsümün başlanğıcında. Williams – yeganə komandadır ki, KERS-i nazimçarx prinsipi üzərində qurub və hətta bunun üçün belə texnologiyaların hazırlanması ilə məşğul olan Williams Hybrid Power firmasını təsis edib.

Bu günlərdə alman mətbuatında Niko Rosberqin müsahibəsi dərc olunub, sürücünün fikrincə, komanda may ayında keçiriləcək Türkiyə Qran Prisinə kimi KERS-dən istifadə etməyə hazırlaşmır, amma bu gün komandanın nümayəndəsi bildirib ki, sadəcə olaraq sürücünün sözləri düzgün yozulmayıb. Hələlik yalnız o aydındır ki, Melburnda starta çıxacaq FW31-də KERS olmayacaq, mövsümün ilk yarışlarından sonra isə komanda qərar qəbul edəcək.

Xatırladaq ki, Toyota F1 komandasının rəhbərliyi də KERS-dən mövsümün ilk yarışlarında istifadə etməməyi qərara alıb, amma digər komandalar hələ planlarını açıqlamayıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*