24 Noyabr 2017, Cümə - 11:44

Virgin Brawn GP-yə yeni müqavilə təklif edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:52 - 26 Aprel, 2009

Britaniyalı milyarder və Virgin Group koserninin başçısı Riçard Brənson Brawn GP komandasına daha uzunmüddətli əməkdaşlıq təklif etməklə yeni müqavilə şərtləri […]

Britaniyalı milyarder və Virgin Group koserninin başçısı Riçard Brənson Brawn GP komandasına daha uzunmüddətli əməkdaşlıq təklif etməklə yeni müqavilə şərtləri irəli sürüb. Hələ Avstraliyada konsern və komanda arasında məkdaşlığın başlanğıcı elan olunanda, Brənson titul sponsorluğunun imkanları barədə danımışdı. Danışıqlar davam edir, amma bu gün Bəhreyndə o komandaya yeni şərtlərini bildirib və cavab gözləyir…

Riçard Brənson: “Mövsümün startından sonra komandanın populyarlığı artıb. Biz danışıqları davam etdiririk, amma başqa şirkətlər də buna can atırlar və ehtimal var ki, biz titul sposnorluğu barədə razılığa gələcəyik. Əgər bu baş verməsə, onda Virgin ilin sonuna kimi komandaya sponsorluq edəcək. Hələlik əməkdaşlıqdan hər iki tərəf məmnundur. Amma hər şey alınsa daha yaxşı olacaq.

Gözləyək. Əgər hər hansı bir üçüncü tərəf ağlasığmaz böyük məbləğ təklif etsə, biz kənara çəkiləcəyik. Amma biz imkanımız daxilində komandaya yaxşı şərtlər təklif etmişik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 81
Teqlər
Paylaş

logo