22 Noyabr 2017, Çərşənbə - 13:03

V.Mallya: “Son yarışlarda riskə gedəcəyik”

V.Mallya: “Son yarışlarda riskə gedəcəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

20:12 - 08 Noyabr, 2017

Force İndia komandasının sahibi Vicey Malya bildirib ki, dördüncü yeri təmin etdikdən sonra son iki yarışda daha çox riskə gedəcəklər.

F-1.az xatırladır ki, hindistanlılar keçən il 173 xal toplasalar da, bu il artıq 175 xal toplaya biliblər.

Vicey Malya: “Ardıcıl iki il Mühəndislər Kubokunda 4-cü olmaq əsl sürprizdir. Komandanın bütün işçiləri ilə qürur duymaq vaxtıdır. 25 xal da alsaq, 200 xal səddini aşacağıq. Büdcəmizin məhdud olmasına baxmayaraq, belə iş görmək mükəmməl idi. İndi növbədə Braziliya yarışı var və inanıram ki, gözəl nəticə alarıq. Əgər yağış yağsa, xoşbəxt olacağıq. Amma hər şəraitdə gözəl işlər görə bilərik. İl ərzində stabil idik və qalan yarışlarda da bunu davam erdirmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 111
Teqlər , , ,
Paylaş

logo