T.Volff Williams-ın icraçı direktoru təyin olunub

Bu gün səhər məlum olub ki, Williams komandasının həmsahibi Toto Volff Williams Grand Prix Holdings PLC şirkətinin icraçı direktoru təyin […]

Bu gün səhər məlum olub ki, Williams komandasının həmsahibi Toto Volff Williams Grand Prix Holdings PLC şirkətinin icraçı direktoru təyin olunub. Yeni vəzifəsində Volff komandanın başçısı Frənk Uilyamsa daha yaxından dəstək olacaq…

Frənk Uilyams: “Yeni vəzifəsində Totio mənimlə daha sıx əməkdaşlıq edəcək. Bu, komandaya daha yaxşı və uğulru çıxış etməyə imkan verəcək. Mən isə səbirsizliklə birgə işimizin başlanmasını gözləyirəm. Mən inanıram ki, bizim tərəfdaşlığımız Williams-ın daha güclü olmasına kömək edəcək.”

Toto Volff: “Ser Frənk Uilyamsa kömək etmək və dəstəkləmək mənim üçün böyük şərəfdir. Mən 2009-cu ildən bu şirkətin səhmdarıyam və üzərimə əlavə məsuliyyət götürməyə hazıram. Mən bilirəm ki, birlikdə şirkəti və komandanı daha uğurlu edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*