20 Noyabr 2017, Bazar ertəsi - 06:08

Toro Rosso rəsmi təqdimatı fevralın 29-da edəcək

Toro Rosso rəsmi təqdimatı fevralın 29-da edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

08:58 - 16 Fevral, 2016

Toro Rosso komandası 2016-cı il bolidini hazırlamaqda gecikir…

F-1.az xəbər verir ki, Toro Rosso komandası 2016-cı il bolidini gecikdirdiyi üçün rəsmi təqdimatı fevral ayının 29-unda edəcək. İtalyanlar buna görə də ilk qış testinə keçid şassi ilə çıxacaqlar.

Xatırladaq ki, Toro Rosso bu mövsüm 2015-ci ilin Ferrari mühərriklərindən istifadə edəcək. Komanda 2016-cı ildə Ferrari mühərrikləri istifadə edəcəyini gec öyrənib. Bu səbəbdən italyanlar yeni bolidlərini vaxtında təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar.

Toro Rosso komandası fevralın 22-də başlayacaq testlərə keçid şassi ilə çıxacaqlar, amma fevralın 29-da yeni bolidin rəsmi versiyasını təqdim edəcəklər.

Toro Rosso komandasının rəhbəri Frantz Tost gecikmə ilə bağlı bunları deyib: “Yeni bolidimiz mavi rəngdə olacaq. Hər şeydə çox gecikmişik. Ona görə də bolidi rəsmi olaraq fevralın 29-da təqdim edəcəyik.

Eyni zamanda istəyirik ki, bolidi düzgün rəngləyək. Ona görə də bolidi daha sonra Barcelonada təqdim edəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər ,
Paylaş

logo