23 Noyabr 2017, Cümə axşamı - 22:34

Texniki analiz: Biz Williams FW40-ın ilk şəkillərində nə gördük?

Texniki analiz: Biz Williams FW40-ın ilk şəkillərində nə gördük?

Müəllif: Afgan Haji, redaktor

23:49 - 19 Fevral, 2017

Cümə günü ilk dəfə 2017-ci il F1 bolidinin təsviri təqdim olundu. Təqdimatı gözləmədən, Williams özünün yeni bolidinin renderlərini göstərdi. Ona baxaraq mühəndis həlləri barədə nə söyləmək olar?

Qrouvda öz maşınlarına indeks verilməsi qaydasını pozmaq qərarına gəldilər – və komandanın 40 illiyində yeniliyi FW40 adlandırmaqla bir pillənin üzərindən hoppandılar.

Dərhal gözə çarpır ki, maşında bu qış barəsində belə çox danışılan yeni reqlamentin bütün prinsipləri öz təcəssümünü tapıb: ön qanad deltaşəkilli forma alıb, qabaq altlığın kənar-haşiyəsi və arxa qanad da eyni cür olub.

Maşının ümumi tənasübləri də başqalaşıb – ilk növbədə bu, şassinin, o cümlədən hər iki antiqanadın, eləcə də təkərlərin ümumi eninin artması ilə şərtlənib.

Şübhə yoxdur ki, bizə təqdim olunan şəkillərin üzərində rəssamlar çalışıblar və Barselonada real maşının üzərində xırda detal xeyli çox olacaq. Və hər halda, hətta indi də biz maraqlı olan az şey görmədik.

Ön antiqanad

 

Komanda öz fəlsəfəsini qoruyub saxlayıb – qanadın elementləri hava axınını təkərləri çöl tərəfdən yan keçməklə istiqamətləndirir. Yan lövhənin çöl tərəfindəki qanadcıqlar açıq-aşkar daha ifadəli oldular.

Əsas kaskadın ucqar elementləri, eləcə də axını kənara aparmağa xidmət edən əlavə kəsik-dəliyə malikdirlər – mühəndislər öz məqsədlərinə yetmək üçün yeni qaydalara görə əldə etdikləri əlavə santimetrlərdən istifadə ediblər.

 

Ön müqavimət sipəri

 

Burun 2016-cı ildə işlədilənə çox oxşayır. Qısa qalın ucluq saxlanıb, ancaq bu dəfə hər halda bir qədər daha zərif və qəşəng olub. Bu, müqavimət sipərinin aşağı hissəsindəki giriş dəliklərini nəzərdə tutan S-havaötürücünün reallaşdırılması ilə əlaqədardır.

Çıxış dəlikləri yuxarı hissədə adi gözlə görünür. Bu həll çoxdan F1 üçün ümumi yerə çevrilib, belə ki, şassinin yuxarı ön səthinin dirsəyində axının pozulmasının qarşısını alır.

Deflektorlar

 

Şübhə doğurmur ki, maşının bu hissəsinə mövsümün əvvəlində xüsusi diqqət yetiriləcək: burada konstruktorlar yaradıcılıq üçün hissediləcək geniş meydan əldə etmişlər. Təqdim edilən illüstrasiyalarda deflektorlar elə göstərilib ki, opponentlərə düşünmək üçün elə də çox bəhanə verməmiş olsun. Sınaq-testlərdə onlar açıq-aşkar başqa olacaqlar.

 

Pantonlar

 

Pantonların eni elə əvvəlki kimi qalıb – Williams-da yeni qaydalarla verilmiş əlavə 100 mm-dən istifadə etmədilər. Əgər pantonun aşağı kənarı ilə altlığın, reqlamentlə təyin edilmiş təhlükəsizlik elementinin yerləşdiyi çöl bucağının nə qədər uzaq durması müqayisə edilmiş olsa, bu xüsusilə çox nəzərə çarpır.

Pantonun yuxarı səthində üç şaquli qasırğa generatoru yerləşib. Onların öz profilləri var və güclü şəkildə çölə doğru əyilmişlər. Ötən mövsümdə oxşar ideyadan McLaren də istifadə etmişdi.

Buradan keçən və təkərlərin fırlanmasından həyəcanlanmış axını sakitləşdirmək üçün nəzərdə tutulan xarici element də öz yerini qoruyub saxlayıb. Yuxarı hissədə o, panton tərəfə əyilir – sonra isə üfüqi element klassik tağla bağlanır.

 

Havauducu

 

Havauducu sahəsində biz açıq-aşkar çempion Mercedes W07 tərəfindən əsintilənmiş ideyalar görürük. Giriş kəsik-dəliyi bir qədər böyüdülüb ki, havada və soyutmada güc qurğusunun sorğularını təmin etsin. Bu, pantonları daha çox kompakt etməyə (yığcam etməyə) imkan verir.

 

Kokpitin müdafiəsi

Pilotu əhatə edən çıxarıla bilə panel-yaxalıq daxili səthində kiçik həncamacıqlar əldə etdi. Görünür, bunlar pilota artmış yan yüklənmələrin öhdəsindən daha asan gələ bilmək üçün dəbilqənin əlavə bərkidilməsi üçün nəzərdə tutulub. Aerodinamik keyfiyyətləri hətta azacıq belə pozmamaq üçün həncamacıqlara damcışəkilli forma verilib.

 

Mühərriyin qapağı

Williams-da maşının arxa hissəsində hava üçün olan dəliklərin adəti konfiqurasiyasından imtina etdilər. İlk növbədə bunlar yetərincə iri kəsik-dəliklər idi, indi onlar kiçildilib və bu zaman sona qədər geriyə sürüşdürülüblər.

Son illərdə komanda nisbətən qısa gövdə panelindən istifadə edirdi, bunun səbəbindən “körəkbalığı üzgəci” rəqiblərlə müqayisədə yuxarıdan çox böyük görünürdü. Yeni kapot olduqca rəvan cizgilərə və uzadılmış “üzgəcə” malikdir, bu zaman o arxaya elə çox uzanır ki, antiqanadın bərkitmə pilonuna qədər çatır.

Görünür ki, arxa sonluqda bu sahədə hava axınlarını başqa cür istiqamətləndirməyə imkan verən kiçik bortcuq var.

Arxa antiqanad

 

Burada qeyri-adi heç nə yoxdur – elementlərin icbari forması qaydalarla yazılıb. Pilon, işlənmiş qazların çıxan borusunu aşağı hissədə hər iki tərəfdən əhatə edib keçərək çevirilmiş Y hərfi formasına malikdir.

Qanadın əsas səthi mərkəzi hissədə azacıq genişlənən profilə malikdir (konseptual olaraq bu, Mercedes-in iki il əvvəl Montsada sınaqdan çıxarılmış ideyasına oxşayır – illüstrasiyada yuxarıda). Bu, DRS-in istifadə edilməsindən yaranan effekt nəzərə alınmaqla asfaltayatma qüvvəsi və qabaq müqavimət arasında doğru tarazlığı tapmaq canatımını sübut edir.

Diffuzor əvvəlkindən xeyli böyükdür – eni 1050 mm və hündürlüyü 175 mm, indi o arxa təkərlərin oxuna 175 mm qalmış başlayır.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Matt Somerfield, Giorgio Piola, Afgan Haji,
Baxış Sayı 1. 255
Teqlər , , , ,
Paylaş

logo