19 Noyabr 2018, Bazar ertəsi - 15:28

T.Volff Williams komandasındakı bütün səhmlərini satıb

T.Volff Williams komandasındakı bütün səhmlərini satıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:32 - 10 Mart, 2016

Mercedes Motorsport-un direktoru Toto Volff Williams komandasındaki bütün səhmlərini satıb…

F-1.az xatırladır ki, Toto Volff Mercedes AMG komandasına gəldikdən sonra Williams komandasındakı səhmlərini yavaş-yavaş satırdı. Volff 2014-cü ildə 15 faizlik səhmlərinin 5 faizini amerikalı biznesmen Bred Hollinqerə satmışdı.

Volff 2015-ci ildə yenə də 5 faiz səhmlərini Bred Hollinqerə satdı və əlində 5 faiz səhm qaldı.

Bu günlərdə verilən açıqlamaya əsasən Toto qalan 5 faiz səhmini də Hollinqerə satıb.

Toto Volff bu barədə danışıb: “Bu gün mənin üçün emosional gündür. Çünki Frənk Uilyams ilə biznes əlaqələrim kəsiləcək”.

Williams komandası da Toto Volffa təşəkkür edib: “Toto son bir neçə ildə Williams komandasının ən yaxşı dostu oldu. O 2009-cu ildə komandaya, şirkətimizə böyük məbləğdə investisiya yatırdı və bizə dəstək oldu. Bizə kömək etdi, ona görə də ona təşəkkür edirik.

Mercedes AMG komandasındakı vəzifəsinə görə səhmlərini satmalı oldu.

Bred Holdinqer çox uğurlu biznesmendir. Onunla yaxşı işləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 258
Teqlər , , , ,
Paylaş

logo