20 Oktyabr 2017, Cümə - 08:58

T.Volff: “Saynsın gələcəyinə Red Bull qərar verəcək”

T.Volff: “Saynsın gələcəyinə Red Bull qərar verəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

15:04 - 18 May, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Karlos Saynsın taleyi Red Bull-un əlindədir.

F-1.az xatırladır ki, Niko Rosberq dekabrda istefa verdikdən sonra ispaniyalı sürücü də Mercedes-in transfer siyahısına düşmüşdü. Lakin Red Bull komandası gənc sürücünün transferinə icazə verməmişdi.

Toto Volff: “Karlos artıq yüksək səviyyədə yarışmağa hazırdır. Onu sevirəm. Çox yaxşı insan və istedadlı sürücüdür. Saynsda müasir sürücünün bütün keyfiyyətləri var – yaraşıqlı, ağıllı və sürətli. Onun kimi sürücünü bütün komandalar istəyər. O, hazırda Red Bull-un sürücüsüdür və gələcəyinə onlar qərar verəcəklər. İstəyərəm ki, Saynsın gözəl karyerası olsun. Ümid edirəm ki, hər şey istədiyi kimi gedər və çox arzuladığı komandalardan birinə transfer olunar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 261
Teqlər , , , ,
Paylaş

logo