24 Sentyabr 2017, Bazar - 21:46

T.Volff: “Ostin Həmiltonun evi kimidir”

T.Volff: “Ostin Həmiltonun evi kimidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:45 - 24 Oktyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltonu Ostində məğlub etmək qeyri-mümkündür…

F-1.az xatırladır ki, Həmilton Ostində son 3 ildəki bütün yarışları qazanıb.

Toto Volff: “Artıq Ostin Həmiltonun evi kimidir. Burada ardıcıl 3 yarış, ümumilikdə isə 4 yarış qazanıb. Hər şeyi nəzarətdə saxladı və tək başına yarışdı. Son vaxtlar dramatik yarışlar gördük. Xüsusən də Malayziyada.

Amma burada möhtəşəm performans göstərdi və məğlubedilməz olduğunu sübut etdi”.

Volff Rosberqin performansı barədə bildirib ki, o çempionatdakı mövqeyinə görə limitlərdə sürməyib: “İlk döngə bir az qarışıq idi. O bilirdi ki, yarışxarici qalmaq olmaz və bunu düşünərək hərəkət etdi.

Virtual təhlükəsizlik maşını rejimindən yaxşı istifadə etdik və Danieli keçdik. Mercedes üçün əla gün idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 110
Teqlər , , , ,
Paylaş

logo