18 Noyabr 2017, Şənbə - 15:58

T.Volff: “Ferrari bizi 16 həftə qabaqlayır”

T.Volff: “Ferrari bizi 16 həftə qabaqlayır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:12 - 01 İyun, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Ferrari komandası 2017-ci il mövsümünə hazırlığı daha tez başladığı üçün hazırda öndədir.

F-1.az xatırladır ki, hazırda Ferrari komandası həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında liderlik edir.

Toto Volff: “Ferrari komandası 2017-ci il bolidi üzərində işə 2015-ci ilin dekabrında başladı. Biz isə 2016-cı ilin mart ayından bu mövsümə hazırlaşmağa başlamışıq. Bu isə 16 həftəlik fərq deməkdir.

Ferrari keçən il resurslarının əksəriyyətini bu ilə yönəltdi. Biz isə çempionluq uğrunda mübarizə apardığımız üçün cəsarətli davrana bilmədik. Bu isə dövrədə 0.4-0.5 saniyə fərq deməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 081
Teqlər , , ,
Paylaş

logo