S.Volff: “Formula1-də qadınlar çıxış edə bilərlər”

Oktyabr ayında Williams komandasının həmsahibi Toto Volffun həyat yoldaşı Syuzi Formula1 maşının sükanı arxasında debüt etmişdi. FW33-ün sükanı arxasında 100 […]

Oktyabr ayında Williams komandasının həmsahibi Toto Volffun həyat yoldaşı Syuzi Formula1 maşının sükanı arxasında debüt etmişdi. FW33-ün sükanı arxasında 100 km-dən çox məsafə qət etmiş sürücü hesab edir ki, qadınların Formula1-də çıxış etmək şansları var…

Syuzi Volff: “Qadınların Formula1-ə gəlməsi bir neçə səbəb üzündən çətinləşib. Birincisi, qadınların sayı avtoidmanda, ümumiyyətlə, azdır. Elə düşünməyin ki, Formula1 komandaları sürücünün ancaq qadın olması üzündən dərhal onunla müqavilə imzalayacaqlar. Belə bir şansı əldə etmək üçün aşağı seriyalardan yuxarıya doğru rəqibləri qabaqlamaqla irəliləmək lazımdır.

Mən 7 il DTM-də çıxış etdim, amma heç bir komanda məni Formula1 maşınının sükanı arxasına dəvət etmədi. Yalnız Frənk Uilyams mənə belə bir şans verdi, ona görə də ona təşəkkür edirəm. Testlər yaxşı keçdi və gələcəkdə komanda ilə əməkdaşlığın davamına ümid edirəm.

Mariya de Vollotanın qəzası mətbuatda geniş müzakirə olunurdu və məndən tez-tez soruşurdular ki, belə bir testləri keçirə biləcəm? Əlbəttə, Mariyanın qəzası ağlabatn deyildi, bunu təsəvvür belə etmək çox çətindir. Mən hesab edirəm ki, qadınların Formula1-ə gəlməsi şansları var.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*