12 Dekabr 2017, Çərşənbə axşamı - 03:05

Sürücülər yeni sıralanma formatına etiraz edirlər

Sürücülər yeni sıralanma formatına etiraz edirlər

Müəllif: Elçin Zodorov, redaktor

09:19 - 03 Mart, 2016

Sıralanma formatının yenilənməsi ilə əlaqəli xəbələr bir-birinin ardınca gəlməkdədir və hazırda avtoidman gündəmini zəbt edən ən mühüm məsələlərdən biri də budur.

F-1.az xatırladır ki, keçən həftə Strateji İşçi Qrup və Formula1 Komissiyası sonuncu olan sürücülərin növbə ilə mübarizədən kənarlaşdırılmasına əsaslanan yeni sıralanma turu formatını təsdiq etmişdilər.

Dünən keçirilən testlərdə sonra Kimi Rəykkönen, Sebastyan Fettel, Niko Rosberq, Felipe Massa və Serxio Peres bu məsələ ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru Çarli Uaytinqlə görüşüblər. Verilən məlumatlara görə, yığıncaq olduqca gərgin keçib və deyilənlərə görə, hətta səslər də yüksəlib. Serxio Peres bütün sürücülərin bu yeniliyə qarşı olduqlarını bildirib: “Planlaşdırdıqları yenilik xoşumuza gəlmir. Dəyişdirə bilsələr, yaxşı olar. Bu həm bizim, həm də azarkeşlər üçün olduqca qarışıq format olar. İndiki format çox yaxşıdır və bunu dəyişdirməyə ehtiyac yoxdur…”

Dünən gündüz saatlarında çıxan başqa bir xəbərə görə isə, yeni qaydalar Avstraliyada keçiriləcək ilk yarışdan etibarən tətbiq oluna bilər. Bildirilir ki, sıralanma seansının ilk 2 sessiyasının yeni qaydalara uyğun, 3-cü sessiyanın isə əvvəlki kimi keçirilməsi nəzərdə tutulub.

Bu formatın da rəsmən qüvvəyə minməsi üçün martın 4-də keçiriləcək FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunması gərəkdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo