23 Oktyabr 2018, Çərşənbə axşamı - 02:52

Şumaxer ilk yarışdan liderliyə yüksəlib

Şumaxer ilk yarışdan liderliyə yüksəlib

Müəllif: Rauf Hacıyev, redaktor

12:04 - 31 Yanvar, 2018

Sabiq Formula1 sürücüsü Ralf Şumaxerin oğlu Devid Asiyanın Formula4 seriyasında iştirakına qələbə ilə başlayıb.

F-1.az xəbər verir ki, 16 yaşlı Devid Şumaxer Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən ilk mərhələnin bütün 4 yarışını podiumda bitirib: 3 dəfə ikinci, bir dəfə isə üçüncü olan sürücü ümumi hesabda liderliyə yüksəlib. Dubayda baş tutan 2-ci mərhələdə isə gənc sürücü ilk qələbəsinə də sevinib.

Devid Şumaxer: “Doğrudan da çətin həftəsonu idi. Amma getdikcə hər şey yaxşılaşdı və hər yarış maşınlarını daha yaxşı öyrəndim”.

Ralf Şumaxer: “Devid üçün güclü həftəsonu oldu. Hər yarışda özünü təkmilləşdirməsi yaxşı idi. Əlbəttə, qalib gəldiyi üçün qürur duyuram. Qəzalardan qaça bildi. Devid F4-ə keçən həftə başladı və yaxşı işlər görür. Amma Avropada işimiz çətin olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 156
Teqlər , ,
Paylaş

logo