S.Peres: “Mənim məqsədim komanda yoldaşımı qabaqlamaq və titul qazanmaqdır” (video)

Bu gün Serxio Peres McLaren komandasının Uokinqdəki bazasına gəlib – gənc sürücünü yeni komandasında ilk iş günü gözləyir. Jurnalistlərlə söhbətində […]

Bu gün Serxio Peres McLaren komandasının Uokinqdəki bazasına gəlib – gənc sürücünü yeni komandasında ilk iş günü gözləyir. Jurnalistlərlə söhbətində Serxio qarşıdakı mövsümdən danışıb…

Serxio Peres: “Texnoloji Mərkəzin qapısından içəri daxil olan kimi dərhal bu gözəl maşınları görürsünüz – onlar komandanın tarixinin ayrılmaz hissələridir. Mənim üçün McLaren-ə keçid – arzumun çin olmasıdır.

Mən bu komandaya gəlmişəm ki, hər bir yarışda maksimum işləyim, çalışım və gözəl McLaren ailəsinin bir üzvü olum. McLaren-də sizin məqsədiniz yalnız dünya çempionatında qələbə olmalıdır, əks halda, bu komandada çıxış etməməlisiniz. McLaren-də hamı bu məqsədin reallaşması üçün işləyir və mən də buna çalışacam.

Censon çox sürətli sürücüdür, dünyada ən yaxşılardan biridir. Şübhə yoxdur ki, o yenə də sürətli və rəqabətədavamlı olacaq. Mən komandada öz yerimi qazanmalıyam, amma əminəm ki, Censonla dost olacam. Mən hələ ondan çox şey öyrənməliyəm, amma eyni zamanda onu qabaqlamaq da istəyirəm.

McLaren-də çıxışım mənim bir çox sahələrdə inkişafım üçün lazımdır. Bizi gərgin iş gözləyir. Güman edirəm ki, mövsüm başlayan kimi biz sürətli olacayıq. Amma başlanğıc üçün hələ testləri keçirməliyik və Censonla birlikdə əlimizdən gələni edəcəyik ki, komandamızın rəqabətədavamlı maşını olsun.”

peres-2
peres-3
peres-4

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*