M.Şumaxerin xatirəsinə sərgi açılıb

Bu gün Marburqda DVAG şirkəti və Mixael Şumaxerin 20 illik əməkdaşlığına həsr olunmuş "Mixael Şumaxer - çempionluq sayına görə rekordsmen" adlı sərgi fəaliyyətə başlayıb. Sərgi konqress mərkəzinin binasında fəaliyyətə başlayıb və 2 il ərzində qonaqlara xidmət göstərəcək.

F-1.az xəbər verir ki, sərginin açılışında Şumaxerin həyat yoldaşı Korinna, qızı Cina-Mariya, oğlu Mik, atası Rolf və meneceri Sabine Kem iştirak ediblər.

Sabine Kem: “Sərgi Mixaelin Benetton-da, Ferrari-də və Mercedes-dəki çıxışlarını xatırlatmağa imkan verir. Şumaxerlər ailəsi DVAG şirkətinin bu addımından çox şad olublar.

Şumaxer əfsanədir və Formula1 tarixinin ən uğurlu pilotudur. Əfsuslar olsun ki, o indi bizimlə bu sevinci bölüşə bilmir. Biz səbrli olmalıyıq və onu burada görmək ümidi ilə ona dəstək olmalıyıq”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*