S.Fettel mükafatını alıb

Bu gün Nyu Dehlidə təşkil olunmuş təntənəli FİA Gala mərasimində Sebastyan Fettel FİA-nın prezidenti Jan Todtun əlindən çempionatda qazandığı qələbə […]

Bu gün Nyu Dehlidə təşkil olunmuş təntənəli FİA Gala mərasimində Sebastyan Fettel FİA-nın prezidenti Jan Todtun əlindən çempionatda qazandığı qələbə görə təqdim olunan mükafatı alıb, Censon Batton və Mark Uebberə isə ikinci və üçüncü yerlər üçün mükafatlar verilib. Red Bull komandasının başçısına Mühəndislər Kubokunu Berni Ekklstoun təqdim edib.

Sebastyan Fettel: “Mən Hindistana – FİA-nın mükafatlandırma mərsaiminə yenidən çempionatda qələbə qazandığıma görə mükafat almağa gəlməyə çox şadam. Mən bu kubokdan ayrılmaq istəmirdim – bütün ili kubok mənim evimdə olub, ona görə də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Hisslərimi sözlərlə ifadə etmək çətindir. Komanda bütün mövsüm boyu gərgin çalışıb və demək olar ki, heç səhvə yol vermədi – mən komandanın hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Renault motor ustalarına da təşəkkür edirəm. Mən Formula1 tarixini yüksək qiymətləndirirəm və fəxr edirəm ki, biz bu tarixin bir hissəsi olduq.”

Kristian Horner: “Bu il komanda yüksək nəticələr göstərib. Biz 12 qələbə, 18 poul və 27 podium qazanmışıq. Keçənilki titullarımızı qoruduq və bu nailiyyətlərimizlə fəxr edirik.

Mən bütün komanda üzvlərinə gərgin işlərinə görə təşəkker etmək istəyirəm, o cümlədən Mark və Sebastyana. Bugünkü mərasimdə mükafatların alınması fantastik mövsümə yekun vurur, Sebastyanın ikinci titulu isə onun istedadını sübut edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*