22 Oktyabr 2017, Bazar - 21:31

Sauber və Honda arasındakı müqavilə ləğv edilib

Sauber və Honda arasındakı müqavilə ləğv edilib

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 27 İyul, 2017

Honda və Sauber 2018-ci il üçün bağladıqları müqaviləni bu gün rəsmən ləğv ediblər.

F-1.az xatırladır ki, müqaviləyə əsasən Hondə gələn ildən etibarən Sauber komandasını mühərriklə təmin etməli idi. Amma müqavilə Honda Motorsport-un rəhbəri Masaşi Yamamoto və Sauber-in sabiq rəhbəri Monişa Kaltenborn arasında bağlanmışdı. Lakin Monişa iyunda komandadan ayrıldığı üçün müqavilənin ləğv ediləcəyi gündəmə gəlmişdi. Macarıstan Qran Prisindən əvvəl isə tərəflər bir araya gələrək, müqaviləni rəsmən ləğv ediblər.

Masaşi Yamamoto: “Sauber ilə yaxşı münasibət qurmuşduq və 2018-ci ildə bir yerdə işləmək üçün həyəcanlı idik. Amma rəhbərlik dəyişəndən sonra fikir ayrılıqları əmələ gəldi və müqaviləni ləğv etməli olduq. Bu işbirliyinə görə onlara təşəkkür edirik və onlara uğurlar arzulayırıq”.

Frederik Vassyör: “Honda ilə olan işbirliyini bu nöqtədə dayandırmaq bəxtsizlikdir. Bu qərarı strateji səbəblərdən verdik və bunu edərkən Sauber komandasının gələcəyini düşündük. Hər şeyə görə Honda-ya təşəkkür edirik və onlara uğurlar arzulayırıq”.

Belə görünür ki, Sauber komandası rəqibləri McLaren-in problemlərini görüb və rəqabətədavamlı mühərrik istəyir. İsveçrəlilərin mühərrik təchizatçısının Ferrari, Mercedes və ya Renault olacağı müəmmalıdır.

Honda-nın isə yeganə tərəfdaşı McLaren-dir və bu müqavilənin də etibarsız mühərriklərə görə tezliklə pozulacağı düşünülür. Digər tərəfdən isə, nə Mercedes, nə də Ferrari britaniyalılara mühərrik vermək istəmir. Belə olan halda, McLaren üçün yeganə alternativ Renault qalır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 956
Teqlər , , , , ,
Paylaş

logo