16 Dekabr 2017, Şənbə - 14:56

Sauber gələn il Ferrari-nin builki motoru ilə yarışacaq

Sauber gələn il Ferrari-nin builki motoru ilə yarışacaq

Müəllif: Elçin Zodorov, redaktor

12:11 - 07 Oktyabr, 2016

Bu barədə komandadan rəsmi açıqlama gəlib. Gələn il reqlament dəyişilir və bolidin hazırlanmasında yarana biləcək gecikmələrin qarşısının alınması üçün erkən qərar verilib.

F-1.az xəbər verir ki, MotorSport.com-a danışan komandanın rəhbəri Monişa Kaltenborn deyib: “Gələn il Ferrari-nin bu il üçün hazırladığı motorun ən son versiyasından istifadə edəcəyik. Bu qərara bir müddət əvvəl gəlmişik, yeni qərar deyil. Gələn il reqlament dəyişilir və hər şey dəqiqləşməyib. Hazırda maddi cəhətdən problemimiz yoxdur və komandanı inkişaf etdirməkdəyik. Komandaya yeni insanlar cəlb edirik və inkişaf sürətimizin artmaması üçün heç bir səbəb görmürəm. Gələn il motor cəhətdən heç bir inkişaf olmayacaq. Amma şassi üzərində əldə edəcəyimiz irəliləyişlərlə bunu aradan qaldıra bilərik. Bunun düzgün addım olduğuna əminik”.

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 170
Teqlər , ,
Paylaş

logo