18 Noyabr 2018, Bazar - 12:11

S.Vandorn: “Yağışa görə həyəcanlıyam”

S.Vandorn: “Yağışa görə həyəcanlıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

08:10 - 09 Aprel, 2017

McLaren Honda komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, sıralanma turunda tempi güclü olub və ikinci sessiyaya çıxmaq mümkün imiş.

F-1.ax xatırladır ki, 25 yaşlı sürücü dünən sıralanma turunda təcrübəli komanda yoldaşı Fernando Alonsoya 0.5 saniyə uduzaraq 16-cı olub.

Stoffel Vandorn: “Son sərbəst yürüşlərdə özümü yaxşı hiss etdim və ikinci sessiyaya çıxa biləcəyimi düşündüm. Buna görə də 16-cı yeri tutğumuz üçün məyusam, amma əlimdən heç nə gəlmir. Ümid edirəm ki, sabah hava şəraiti istədiyimiz kimi olar və xal qazana bilərəm.

Cümə günü trasda çox işləsəydik, nəticə fərqli ola bilərdi. Normal şəraitdə boliddən maksimumi çıxarmaq asan olur. Bu gün 1-2 dəfə xırda səhv etdim və bu, mənə baha başa gəldi.

Proqnozlarda deyilənə əsasən, yarış zamanı hava yağışlı olacaq və biz buna görə həyəcanlanırıq. Normal hava şəraitində xal almaq çətin olacaq, çünki düzlüklərdə rəqiblərimizlə bacarmırıq. Ümid edirəm ki, normal strategiya ilə xal qazanarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 635
Teqlər , , ,
Paylaş

logo