19 Dekabr 2018, Çərşənbə - 15:39

S.Peres: “Dördlüyə düşə bilərik”

S.Peres: “Dördlüyə düşə bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

19:47 - 06 İyun, 2016

Serxio Peres Monako yarışında qazandığı podiumdan sonra inanır ki, Force İndia komandası bu mövsüm 4-cü yer uğrunda mübarizə apara bilər.

F-1.az xatırldadır ki, meksikalı sürücü Monako yarışından əvvəl “burada normal şəraitdə xal qazana bilmərik” demişdi. Amma buna baxmayaraq, meksikalı sürücü sürpriz edərək, yarışı podiumda bitirmişdi. Bu, hindistanlıların cari mövsümdə ilk podiumu idi.

Peres və Hülkenberq cütlüyü Monakodakı yarışdan 23 xal toplayaraq 5-ci yerdəki Toro Rosso ilə fərqi 1 xala, 4-cü yerdəki Williams ilə fərqi 29 xala salmışdı. Serxio Peres bu performanslarından sonra mövsümün sonunda 4-cü yeri tuta biləcəklərinə inanır: “Barselonada tutduğumuz yer reallığı əks etdirmirdi. Orada bəzi problemlərimiz oldu və buna baxmayaraq, 7-ci yeri tutduq. Amma boliddəki potensialı və daha da güclənəcəyimi görürəm.

Monakoda doğrudan da rəqabətədavamlıydıq. Yeniliklər yaxşı işlədi. Bizim üçün mükəmməl həftəsonu idi. Böyük ehtimalla Britaniya QP-yə böyük yeniliklər aparacayıq. Ümid edirik ki, 2016-cı il bizim ən yaxşı mövsümümüz olar.

Komandamız mükəmməldir. Monakodakı performansımıza və nəticəyə baxsaq görərik ki, ən sürətli 4-cü komandayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 251
Teqlər , , , ,
Paylaş

logo