18 Oktyabr 2017, Çərşənbə - 22:19

S.Fettel: “Yaponiyada qalib gələ bilərik”

S.Fettel: “Yaponiyada qalib gələ bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:07 - 05 Oktyabr, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Yaponiyada yaxşı nəticə əldə edə bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçənilki yarışda 4-cü yeri tutmuşdu.

Sebastyan Fettel: “Son illərdə burada yaxşı nəticələr almırıq, amma bu il rəqabətədavamlıyıq və bunu nəticəyə əks etdirmək istəyirik. Güclü paketimiz var və qarşıda 5 yarış var. Buna görə də məyus olmağa dəyməz. Əlimizə fürsətlər keçəcək və bunlara hazır olmalıyıq. Son iki yarışda dəyərli xallar itirdik, amma avtoidmanda bunlar labüddür. Bolid üzərində işləməyə davam edirik. Builki uğurlarımıza görə sevincliyik, amma hələ heç nə bitməyib. Malayziyadan sonra ötürmələr qutusunda problem olmadığını öyrənmək sevindiricidir. Ümid edirəm ki, Yaponiyada qalib gələrik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 574
Teqlər , , ,
Paylaş

logo