25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:11

S.Fettel: “Təhlükəsizlik Maşını zamanı qorxdum”

S.Fettel: “Təhlükəsizlik Maşını zamanı qorxdum”

Müəllif: Rauf Hacıyev, redaktor

22:11 - 16 Aprel, 2017

Bəhreyn yarışını qazanan Sebastyan Fettel bildirib ki, təhlükəsizlik avtomobilinin trasa girməsindən sonra strategiyalarının məhv olacağından qorxub.

F-1.az xatırladır ki, Sebastyan Fettel yarışa 3-cü yerdən başlasa da, startda Həmiltonu keçib. Almaniyalı sürücü Mercedes-in digər sürücüsü Bottası qabaqlamaq üçün yarışın 12-ci dövrəsində erkən pitə gələrək SuperSoft təkərləri götürüb. Amma bu pitdən 2 dövrə sonra Strolla Saynsın qəzasına götə trasa təhlükəsizlik avtomobili çıxıb. Bundan sonra əksəriyyət Mercedes-lərin Fettelə qarşı üstünlük qazanacağını düşünüblar, amma buna baxmayaraq, “gümüşü oxlar” fürsətdən istifadə edə bilməyiblər və Fettel erkən pit hesabına liderliyə yüksəlib.

Sebastyan Fettel: “Yarışın əvvəlində Valtterini təzyiq altında saxlamaq istədim, amma bunu yaxşı dəf etdi və səhvə yol vermədi. Xüsusən də, düzlüklərdə fərqi artıra bilirdilər. Daha sonra gözəl strategiya düşündük və pitə tez girərək üstünlük qazanmaq istədik. Bundan sonra təhlükəsizlik avtomobilini görəndə öz-özümə “olmaz, yenə də?” dedim. Amma rəqiblərim pitə yaxın olmadığı üçün bu, mənə üstünlük qazandırdı və önə çıxa bildim. Ondan sonrakı hissədə isə tempimiz yaxşı idi və qalib gəldim. Bolid şənbə gününə nisbətən daha yaxşı vəziyyətdə idi. İçimdən bir hiss qalib gələcəyimi deyirdi və bunu edə bildik. Komanda üçün çox sevinirəm.

Pasxa bayramı olduğu üçün düşünürdüm ki, Mercedes cibində bir neçə dənə yumurta gizlədib, amma yarışda onları tapdıq və üstünlüklərini əllərindən aldıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 255
Teqlər , , , , , , ,
Paylaş

logo