S.Fettel: “Rəykkönen ən güclülərdən biridir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komanda yoldaşı Kimi Rəykkönen güclü sürücüdür..

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk 3 yarışda iki qələbə qazansa da, Rəykkönen podiuma belə yüksələ bilməyib. Amma finlandiyalı sürücü Rusiya yarışına əla başlanğıc edib. Belə ki, 37 yaşlı sürücü birinci sərbəst yürüşlərdə 1-ci, ikinci sərbəst yürüşlərdə isə ikinci yeri tutub.

Sebastyan Fettel: “Kimi builki yarışlarda layiq olduğu nəticələri qazana bilmədi. Bolidində davamlı problemlərlə üzləşdi və buna görə də bir az yoruldu. O paddokdakı ən yaxşı sürücülərdəndir və ondakı istedad heç vaxt itməyəcək. Hər şey onun üçün əlverişli olacağı təqdirdə, istədiyi nəticələri qazanacaq. İki ildir ki, onunla mübarizə aparırıq və bir-birimizə qarşı olan hörməti itirməmişik. Onunla eyni komandada olduğum üçün sevincliyəm. Ümid edirəm ki, növbəti yarışlarda işlərimiz daha yaxşı gedəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*