11 Dekabr 2017, Bazar ertəsi - 17:05

S.Fettel Pirelli-nin testində qəza edib (video)

S.Fettel Pirelli-nin testində qəza edib (video)

Müəllif: Elçin Zodorov, redaktor

09:11 - 10 Fevral, 2017

Süni sulanan Fyorano trasında keçirilən Pirelli-nin yağış təkərlərinin testinin ilk günü vaxtından əvvəl başa çatıb. Buna Ferrari-nin sürücüsü Sebastyan Fettelin qəza etməsi səbəb olub.

F-1.az xəbər verir ki, nahar fasiləsindən qayıdan Sebastyan isinmə dövrəsində SF15-T-nin idarəetməsini itirib. Trasdan çıxan maşın təkər baryerlərə çırpılıb. Xoşbəxtlikdən sürücünün özünə heç nə olmayıb. Lakin maşının təmir edilməsi üçün Maranelloya aparılması zəruri olub.

Pirelli-nin nümayəndəsi testin ilk gününü şərh edib: “Qəza adi yarış insidenti kimi idi, süni sulanmış trasda baş verdi. Qəzaya qədər – səhər sessiyasında biz yağış təkərlərinin müxtəlif versiyaları ilə təxminən 40 dövrə vurduq və bizim üçün vacib olan məlumatları əldə etdik”.

Cümə günü Fetteli gənc Antonio Covinatsi əvəz edəcək.

Maraqlıdır ki, almaniyalı sürücünün fanatlarından biri sürücünün qəza anını telefonunda qeydə alaraq sosial şəbəkədə paylaşıb…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 140
Teqlər , , , , , ,
Paylaş

logo